525.Az

Bir ayın əsgəri xəstəlikdən öldü


 

Bir ayın əsgəri xəstəlikdən öldü<b style="color:red"></b>

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

APA-nın məlumatına görə, 18 yaşlı İlham Elməddin oğlu Nağızadə ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. O, qeyd edib ki, əsgər ağciyər və ürək-damar çatışmazlığından vəfat edib.
 
F. İsgəndərov Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən 2012-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.

 





27.11.2012    çap et  çap et