525.Az

“İran Avropaya qaz ixrac etməyin yollarını axtarır”


 

“İran Avropaya qaz ixrac etməyin yollarını axtarır”<b style="color:red"></b> İran Avropanın 12 ölkəsinə 25 mlrd. kubmetrdən 35 mlrd. kubmetrə qədər təbii qaz ixrac edə bilər.
 
“APA-Economics”in İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın Milli Qaz Şirkətinin Beynəlxalq məsələlər üzrə sədri Əzizullah Ramazani deyib.
 
“İran Türkmənistan və Azərbaycanla əməkdaşlıq çərçivəsində  Avropaya qaz ixrac etməyin yollarını axtarır”, - deyə Ə.Ramazani vurğulayıb.
 
Ə.Ramazanı onu da bildirib ki, hal-hazırda dünya qaz ticarətinin 1,5%-i İranın nəzarəti altındadır, bu rəqəm 2025-ci ilə qədər 10% artacaq.
 
Qeyd edək ki, 2014-cu ildə İranın qaz ixracı balansı 3,4 mlrd. kubmetr təşkil edib. “2014-cü ildə İran 9,75 mlrd. kubmetr həcmində qaz ixrac edib. Halbuki həmin il qaz idxalı 6,32 mlrd. kubmetr təşkil edib”, -deyə Ə. Ramazani qeyd edib.
 





19.01.2015    çap et  çap et