525.Az

Bakıda tanınmış prodüser və onun azyaşlı qızına silahlı hücum edildi


 

Bakıda tanınmış prodüser və onun azyaşlı qızına silahlı hücum edildi <b style="color:red"></b>

Bakıda ana-bala qadının üstünə bıçaq çəkib çantasını alaraq qaçıblar.

Bakıda ana və onun qızına qarşı edilmiş hücumla bağlı təfərrüatlar əldə edilib. Milli.Az-ın əldə etdiyi məlumata görə, Bakıda qızı ilə hücuma məruz qalan Təranə Səmədova müğənni Rəqsanənin keçmiş, Günay İbrahimlinin isə indiki prodüseridir.

T.Səmədova bildirdi ki, dünən saat 22 radələrində maşınını restoranlardan birinin qarşısında saxlayaraq marketə girib. Oradan çıxan zaman tanışı Raziyə və onun qızı Lalə Nəsibovalarla rastlaşıb.

Onlar Təranəni söhbət etmək üçün yolun kənarındakı qaranlığa çəkiblər. Raziyə ona: “Sən gələcəyini fikirləş, mənimlə kəllə-kəlləyə gəlmə”, - deyərək üstünə hücum çəkib. Bundan istifadə edən qızı Lalə isə bıçaq çıxararaq onu vurub. Geri çəkildiyindən bıçaq kürkünü deşsə də, bədəninə xəsarət yetirməyib. Bundan sonra Lalə onun əlindən içərisində 120 manat və qızıl üzük olan pul kisəsini alaraq qaçıb.

T.Səmədova qeyd etdi ki, özünə gələndən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib və ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib.

Prodüser əlavə etdi ki, Raziyə və Lalə polis bölməsinə gətiriliblər.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Təranə Səmədova polisə müraciət edərək bildirib ki, “Qızıltac” restoranının qarşısında Raziyə Nəsibova və qızı Lalə Nəsibova onun qarşısını kəsib və üstünə bıçaq çəkərək içərisində pulu və qızıl-zinət əşyaları olan çantasını əlindən alıb qaçıblar. Şikayət ərizəsi ilə bağlı polisdə araşdırma başlayıb.

 





27.11.2012    çap et  çap et