525.Az

İsmət Abasov: «Azərbaycanda buğda təminatı ilə bağlı heç bir problem olmayacaq»


 

İsmət Abasov: «Azərbaycanda buğda təminatı ilə bağlı heç bir problem olmayacaq»<b style="color:red"></b>

Azərbaycanın ərzaq buğdasına olan tələbatını təmin etmək məqsədi ilə bu günədək Taxıl Fondunda 500 min ton həcmində taxıl ehtiyatı yaradılıb.

«APA-Economics»in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
 
Onun sözlərinə görə, həmçinin, Azərbaycan iş adamlarının başqa ölkələrdən buğda gətirməsi ilə bağlı müqavilələr mövcuddur: «Fikrimcə, buğda sahəsində Azərbaycanda heç bir problem  olmayacaq».
 
Nazir onu da bildirib ki, ölkədə taxıl istehsalında məhsuldarlığın artırılması üçün zəruri işlər görülür: «Fermerlərə keyfiyyətli toxumlardan və mineral gübrələrdən istifadə etməyi töfsiyə edirik».
 
İ.Abasov hesab edir ki, əgər fermerlər nəzərdə tutulmuş aqrotexniki tədbirləri lazımi qaydada həyata keçirsələr, Azərbaycan özünü tam ərzaq buğdası ilə təmin edə biləcək: «Taxıl becərmə prosesində 40-a yaxın aqrotexniki tədbirdən istifadə olunmalıdır ki, bunun 20-ni fermerlər tam həyata keçirsələr, ölkədə taxıl istehsalının keyfiyyəti və miqdarını artırmaq mümkün olacaq».

 





27.11.2012    çap et  çap et