525.Az

Neftin ucuzlaşması Rusiyaya SSRİ-nin taleyini yaşada bilər - Təhlil


 

Neftin ucuzlaşması Rusiyaya SSRİ-nin taleyini yaşada bilər - <b style="color:red">Təhlil</b>

2014-cü ilin iyulundan dünya bazarlarında neftin qiyməri ucuzlşamağa başladı.

İyulun əvvəllərində bareli 115 dollara olan neft sentyabrda 110, oktyabrda isə 90 dollarlıq psixoloji səddi keçdi. Bu sürətli ucuzlaşma Avropanın Ukrayna böhranına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiayalar fonunda baş verirdi. Buna görə də ağıllara ilk gələn fikir bu oldu ki, ucuzlaşma büdcəsi əsasən neft-qaz gəlirləri hesabına formalaşan Rusiyanın iqtisadi kapitulasiyasına hesablanıb.

Əsas neft ixracatçılarını öz sırasında birləşdirən OPEK təşkilatının Vyanada keçirilən iclasında neft hasilatını azaltmaması barədə qərar verməsi isə bu ehtimalları daha da gücləndirdi. Nəticədə dünya bazarında neft sürətlə ucuzlaşaraq, hazırda 50 dollardan da aşağı qiymətə satılır.

Rusiya ilə yanaşı, neft hasilatçısı olan bütün ölkələr maliyyə problemləri ilə qarşılaşıblar. 2014-cü il ərzində rubl avro və dollar qarşısında dəyərini 2 dəfə itirərək Rusiyanın enerji daşıyıcılarının qiymətindən nə dərəcədə asılı olduğunu ortaya qoydu. Rəsmi Moskvanın 2014-cü il yanvarın 1-də 509,5 milyard dollar təşkil edən valyuta ehtiyatları 2015-ci il yanvarın 1-i üçün 385,4 milyard dollara enib. Ekspertlər isə optimizm vəd etmir. Əksər analitik mərkəzlər neft qiymətlərinin 2015-ci ildə 20 dollara qədər ucuzlaşa biləcəyini güman edir.

Rusiya iqtisadiyyatının 2015-ci ildə bu şərtlər altında özünü necə aparacağı sual doğursa da, vaxtilə eyni “simptom”lardan əziyyət çəkmiş Sovet İttifaqının taleyi ümumi mənzərəyə aydınlıq gətirə bilər.

Müasir dövrdə siyasi instrumentə çevrilən neft qiymətləri ötən əsrin 70-ci illərinə qədər heç bir manipulasiyada istifadə olunmurdu. Arxiv sənədləri Avropa və ABŞ-da neft qiymətlərinin 1880-1915-ci illər arasında 1 barelə görə stabil olaraq 1,5-2 dollar olduğinu göstərir. 1920-ci ildə I Dünya Müharibəsinin bitrməsindən sonra yaranan situasiyada isə bu qiymətlər öz pik həddinə çatır və 3,1 dollar təşkil edir. Stabil və ucuz neft qiymətləri 60-cı illərin sonuna qədər davam edir. Məhz bu illərdə Sovet İttifaqı iri neft ixracatçısına çevrilir. Xəzər dənizi hövzəsində çoxdan istismar edilən neft yaratqlarına Sibir və Uzaq Şərqdə kəşf olunan yeni yataqlar əlavə olunur. Amma əsasən sənaye məhsullarının istehsalına ağırlıq verən planlı sovet iqtisadiyyatı hələ çox gəlir gətirməyən neft-qaz hasilatına prioritet sahə kimi baxmırdı.

Hər şey 1973-cü ildə növbəti Ərəb-İsrail müharibəsinin baş verməsi ilə dəyişdi. İsrailin müharibədə Amerikanın ayırdğı kreditlər hesabına Misirin başçılıq etdiyi ərəb koalisiyasına qalib gəlməsi Səudiyyə Ərəbistanı başda olmaqla Yaxın Şərqin aparıcı neft ixrac edən  ölkələrinin hiddətinə səbəb oldu. Səudiyyə kralı Feysəl Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, İraq və s. dövlətlərlə qarşılıqlı razılığa gələrək, neft hasilatını kəskin azaltdılar və öz neftlərini dünya bazarından çıxartdılar. Bu boykot siyasəti ilk növbədə ABŞ və onun müttəfiqlərinə qarşı yönəlmişdi. Nəticədə dünya bazarında neftin qiyməti sürətlə bahalaşdı. Boykota qədər bareli 2,90 dollar olan neft artıq 11,65 dollara satılmağa başlayır. Ameirkada avtomobil yanacağının qiyməti 4 dəfə bahalaşdığı üçün bütün ölkədə benzin alışına məhdudiyyət qoyulur. 

1974-1975-ci illərdə enerji resurslarının bahalaşmasına görə dərin iqtisadi böhran keçirən Qərb ölkələri fonunda SSRİ stabil inkişafda idi. Dünya neftinin 15%-ni hasil edən SSRİ böhran zamanı nəhəng gəlirlər götürdü. Onun iqtisadiyyatı artıq neft və neft məhsullarının hasil və ixrac olunmasına yönəlmişdi. Lakin neftin çıxarılması üçün tələb olunan vəsait də artırdı. Çünki əsasən Rusiyanın şimalında yerləşən neft yataqlarının işlənməsi və nefti Avropa ərazisinə ötürmək üçün yeni avadanlıqlar tələb olunurdu. Təsadüfi deyil ki, 1972-ci illə müqayisədə 1980-ci ildə SSRİ-nin xaricdən ixrac etdiyi neft avadanlıqları və texnologiyaların həcmində 50 dəfə artım var idi. Neft gəlirləri sosilal sahələrə deyil, yeni neft yataqlarının kəşfinə və istehsal olunmasına yönəldilirdi.    

Bu zaman artıq dünya bazarında neftin qiyməti 11-15 dollar arasında stabilləşmişdi. Yalnız 1979-cu ildə İran-İraq müharibəsi və ABŞ-da energetik böhran baş verdiyinə görə neft qiymətləri 40 dollara qədər bahalaşdı, lakin bu, qısamüddətli xarakter daşıdı.

1980-1985-ci ildə neft ixracatçıları neftin hasilatını azaltmaqda davam edirdi. Dünyanın əsas neft ixracatçısı olan Səudiyyə Ərəbistanı əgər 1980-ci ildə sutkada 9,9 milyon barel neft hasil edirdisə, 1985-ci ildə bu rəqəm 3,4 milyon barelə qədər azalmışdı.

Lakin bu azalmaya paralel olaraq dünya nefti yavaş-yavaş ucuzlaşmağa başladı. Belə ki, 1982-ci ildə neftin tonu 250 dollara satılırdısa, 1985-ci ildə bu rəqəm 202 dollara qədər azaldı. 1986-cı ilin sentyabrından isə neftin qiyməti sürətlə ucuzlaşmağa başladı. Nəticədə xarici ixracatının 60%-ni neft və neft məhsulları təşkil edən Sovet İttifaqı ciddi iqtisadi çətinliklərlə qarşılaşdı. “Qara qızıl” sürətlə ucuzlaşaraq 10 dollardan da aşağı düşdü. Bunun əsaas səbəbi Səudiyyə Ərəbistanı və ABŞ-ın neft hasilatını sürətlə artırması oldu. Onlar maliyyə itikləri ilə üzləşsələr də, 1991-ci ilin sonlarına qədər neft hasilatını artırmaqda davam edirdilər. Nəticədə isə xammala əsaslanan sovet iqtisadiyyatı ağır böhranla, idarəolunmaz inflyasiya və rublun dəyərsizləşməsi ilə üzləşdi.

5 illik mübarizədən sonra Sovet İttifaqı süqut etdi. Düzdür, SSRİ-nin süqutu bir neçə səbəbdən baş versə də, neft qiymətlərinin ucuzlaşması əsas amillərdən biri idi. Strukturu ilə sovet iqtisadiyyatını xatırladan Rusiya da hazırda eyni problemlədən əziyyət çəkir.

 





20.01.2015    çap et  çap et