525.Az

İranlı nazir: “Neftin qiyməti 25 dollaradək enə bilər”


 

İranlı nazir: “Neftin qiyməti 25 dollaradək enə bilər”<b style="color:red"></b> Dünya bazarında neftin qiyməti bir barelə görə 25 dollara qədər enə bilər.
 
“APA-Economics”in “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft sənayesi naziri Bidcan Zengane məlumat verib.
 
Nazirin fikrincə, OPEC neftin qiymətlərini “dəstəkləmək iqtidarında deyil”.
 
Qeyd edək ki, bir qədər əvvəl “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov neftin qiymətinin 25 dollara qədər düşəcəyini proqnozlaşdırıb.
 





20.01.2015    çap et  çap et