525.Az

"ASALA terror təşkilatının məktubu Azərbaycan diplomatlarına qarşı birbaşa təhdiddir"


 

"ASALA terror təşkilatının məktubu Azərbaycan diplomatlarına qarşı birbaşa təhdiddir"

“ASALA terror təşkilatının məktubu Azərbaycan diplomatlarına qarşı birbaşa təhdiddir, bu fakt dünya ictimaiyyəti tərəfindən ciddi şəkildə pislənməlidir”.

Bu açıqlamanı APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.

“ASALA həmişə terror təşkilatı olub və dəfələrlə terror aktları törədib” – deyən Elman Abdullayev Azərbaycanın terrorçuluğa qarşı beynəlxalq mübarizənin aktiv iştirakçısı olduğunu da xatırladıb.

XİN mətbuat xidmətinin rəhbəri Azərbaycan tərəfinin bu məsələnin araşdırılması ilə bağlı Macarıstan hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib və əlavə edib ki, bu ölkədəki Azərbaycan diplomatik missiyasının təhlükəsizliyinin təmin olunması XİN-in əsas prioritetidir.

Xatırladaq ki, Ramil Səfərovun ekstradisiyasından sonra Azərbaycanın Macarıstandakı səfirliyinə təhdid dolu məktublar daxil olmağa başlayıb. ASALA erməni terror təşkilatı da səfirliyə diplomatik missiya əməkdaşlarını və xaricdə yaşayan azərbaycanlıları ölümlə hədələyən məktub göndərib.

Ermənistan KİV-in sentyabrın 10-da yaydığı məlumata əsasən, ASALA-nın Azərbaycan səfirliyinə məktub göndərdiyi barədə xəbərləri təkzib edib.

 





12.09.2012    çap et  çap et