525.Az

Moskva bazarında öldürülən azərbaycanlının və qatilin kimliyi məlum olub


 

Moskva bazarında öldürülən azərbaycanlının və qatilin kimliyi məlum olub<b style="color:red"></b>

Rusiya paytaxtındakı bazarların birində öldürülən azərbaycanlının kimliyi məlum olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, noyabrın 25-də axşam saatlarında “Mojayskiy val” küçəsində yerləşən “Darqanil” bazarının içindəki kafedə bir qrup azərbaycanlı arasında mübahisə düşüb. Nəticədə mübahisə edənlərdən biri odlu silaha əl atıb. Adı hələlik açıqlanmayan azərbaycanlı pnevmatik silahdan atəş açaraq Ordubad rayon sakini, 1969-cu il təvəllüdlü Şəfiyev Əjdər Firudin oğlunu qətlə yetirib.
 
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumatda bildirilir ki, altı nəfər azərbaycanlı “Darqanil” bazarının içindəki kafedə yeyib içiblər. Daha sonra onlar arasında mübahisə düşüb. Mübahisə edənlərdən biri digər tanışını hadisə yerinə çağırıb. Hadisə yerinə gələn digər azərbaycanlı odlu silaha əl atıb və 43 yaşlı həmyerlisini qətlə yetirib. Qətli törətmiş şəxs hadisə yerindən qaçıb.
 
Qəti törədən şəxsin də Ordubad rayon sakini olduğu bildirilir. Qətlin pul üstündə törədildiyi bildirilib.
 
Rusiya Təhqiqat Komitəsinin əməkdaşları qətl baş verəndən sonra hadisə yerinə gəliblər. Qətlin baş verdiyi kafe bağlanıb. Kafedə olan təhlükəsizlik kameraları qətli görüntüləyib. Hazırda qətli törədən həmyerlimizin axtarışı davam etdirilir.
 
Qeyd edək ki, “Mojayski val”dakı bazarda əsasən Azərbaycanın Hacıqabul, Ağdaş və Ağcabədi rayonundan olan sakinlər çalışır.
 
Onu da qeyd edək ki, keçən həftənin şənbə günü Moskvada azərbaycanlılar və şimali qafqazlılar arasında silahlı insident baş verib. Ortadnoe rayonunun Dekabristov küçəsində baş verən hadisə zamanı bir nəfər azərbaycanlı - Şirin Hümbətov qətlə yetirilib, onun Polad adlı bacısı oğlu olan və digər azərbaycanlı Şahin Nağıyev isə yaralanıb.

 





27.11.2012    çap et  çap et