525.Az

Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü təxirə salınıb


 

Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü təxirə salınıb<b style="color:red"></b>

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin noyabrın 28-də Türkiyənin Ərzurum şəhərində keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə İRNA xəbər agentliyi diplomatik mənbəyə istinadən məlumat verir.

Məlumata əsasən, görüşün təxirə salınması Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Nyu-Yorka səfəri ilə əlaqədardır. Üç ölkənin XİN rəhbərləri görüşün başqa bir vaxtda keçirilməsi barədə razılığa gəliblər, lakin nə vaxt keçiriləcəyi elan olunmayıb.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin sonuncu üçtərəfli görüşü martda Naxçıvanda keçirilib. Görüş yekun sənədin - bəyannamənin imzalanması ilə başa çatıb.

 





27.11.2012    çap et  çap et