525.Az

Fələstin BMT-yə müraciət etdi


 

Fələstin BMT-yə müraciət etdi<b style="color:red"></b>

Fələstin BMT-yə müşahidəçi statuslu üzv olmaq üçün səylərini davam etdirir.

Ölkənin müşahidəçi statuslu üzv olması üçün hazırlanan müraciət BMT-yə təqdim edilib.

65 il əvvəl Fələstin torpaqlarını İsrail və Fələstin dövlətləri arasında bölmək haqda qərar qəbul edən BMT müraciəti noyabrın 29-da müzakirə edəcək. Müraciətin qəbul olunması üçün 192 BMT üzvündən 97-si üzvlüyün lehinə səs verməlidir.

"Həmas"ın da dəstəklədiyi təşəbbüsə İsrail və ABŞ qarşı çıxır. İngiltərə, İspaniya və Almaniya başda olmaqla bəzi AB ölkələrinin bitərəf qalması gözlənilir. Ancaq 132 ölkənin rəsmən tanıdığı Fələstinin səsvermədə qalib gəlməsinə birmənalı baxılır. Fələstinin dövlət başçısı Mahmud Abbas və çox sayda ərəb ölkələrinin təmsilçiləri səsvermədə iştirak edəcək.

Müşahidəçi statuslu üzv olmaqla Fələstin Beynəlxalq Məhkəmə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Dəniz Hüququ Müqaviləsi kimi BMT qurum və müqavilələrinə də qoşula biləcək. Bu halda Fələstin dövləti öz hava və dəniz sahəsinə sahib olacaq və İsrailin Fələstin dövləti ilə xalqına qarşı törətdiyi cinayətlərlə bağlı Beynəlxalq Məhkəməyə müraciət edə biləcək. Diplomatik mənbələr Fələstinin bu qurum və müqavilələrə qoşulma məsələsini gələcəkdə İsrailə qarşı bazarlıq kartı kimi istifadə edəcəyini bildirirlər.

 





27.11.2012    çap et  çap et