525.Az

Avtobus sürücüləri yerindəcə yox, sonuncu dayanacaqda məsuliyyətə cəlb olunacaq


 

Avtobus sürücüləri yerindəcə yox, sonuncu dayanacaqda məsuliyyətə cəlb olunacaq<b style="color:red"></b> Azərbaycanda şəhər daxili və yaxud rayon daxili sərnişin avtobusları, firma və şirkət maşınları qayda pozuntusuna görə barələrində dərhal yerindəcə yox, sonuncu dayanacaqda inzibati tədbir görüləcək.
 
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 85. 2. 4-cü maddəsinə 13-cü bəndin əlavə edilməsi təklif olunur.
 
Yeni bəndə görə, “ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda, müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda tərtib edir”.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 2-də müzakirəyə çıxarılacaq.
 





21.01.2015    çap et  çap et