525.Az

I Avropa Yay Oyunları ilə əlaqədar polislər ingilis dili kurslarına cəlb edilib


 

I Avropa Yay Oyunları ilə əlaqədar polislər ingilis dili kurslarına cəlb edilib<b style="color:red"></b> Bu il Bakıda keçiriləcək I Avropa Yay Oyunlarına hazırlıq çərçivəsində 500 polis əməkdaşı intensiv ingilis dili kurslarına cəlb olunub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Çevik Polis Alayında 2014-cü il ərzində görülən işlərin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində çıxış edən polis polkovniki Zaur Abdullayev bildirib ki, ingilis dili kurslarına cəlb olunan əməkdaşların yekun imtahanlarının nəticələri mütəxəssislər tərəfindən qənaətbəxş qiymətləndirilib:
 
“Bütövlükdə şəxsi heyətin xidməti hazırlığının artırılması, ekstremal şəraitdə adekvat qərar qəbul etmək bacarığına malik olması, fiziki qüvvənin, xüsusi vasitələrin qanunla müəyyən edilmiş hallarda tətbiqini mükəmməl bilməsi üçün lazımı işlər aparılıb”.
 





21.01.2015    çap et  çap et