525.Az

Liviya prezidenti üzr istədi


 

Liviya prezidenti üzr istədi Liviyanın Benqazi şəhərində bu gün öldürülən ABŞ səfiri və onun köməkçiləri haqqında yeni məlumatlar yayılıb.

525.az-ın dünya mediasına istinadən verdiyi məlumata görə, səfir Stevensin həkimi ABŞ diplomatının tüstüdən zəhərlənərək öldüyünü bildirib. Həkim liviyalılar tərəfindən xəstəxanaya gətirilən səfirin həyatını xilas etməyin mümkün olmadığını bildirib.

ABŞ prezidenti Barak Obama sərt şəkildə baş verənləri pisləyib. Liviya prezidenti Məhəmməd Yusif əl Maqarif bu basqının İslama yaraşmadığını bildirərək "Amerika xalqından və bütün dünyadan" üzr istəyib. Dünya ölkələrinin rəsmiləri hadisədən az sonra reaksiya bildiriblər.

Liviyada və Misirdə müsəlmanlar yəhudi əsilli, ABŞ-da yaşayan Sam Bacilenin çəkdiyi qısametrajlı filmə etiraz olaraq ABŞ rəsmilərinə hücum ediblər. 11 sentyabr hadisələrinə həsr olunan filmdə müsəlmanlar və Məhəmməd Peyğəmbər təhqir olunur.
 





12.09.2012    çap et  çap et