525.Az

Ermənistan vətəndaşlarının Rusiyaya kütləvi köçünün qarşısı alınır


 

Ermənistan vətəndaşlarının Rusiyaya kütləvi köçünün qarşısı alınır<b style="color:red"></b>

Rusiya Federal Miqrasiya Xidmətinin Ermənistandakı nümayəndəliyi açıqlama yayaraq, bu ölkənin vətəndaşlarından daimi yaşamaq üçün Rusiyaya köçməklə bağlı ərizə qəbulunu dayandırdığını bəyan edib.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Rusiya Miqrasiya Xidməti Ermənistanda “Soydaşların köçü” adlı proqram həyata keçirib. Proqram çərçivəsində Ermənistan vətəndaşlarına köçkün statusu və Rusiyada işləmək imkanı verilib.
 
2006-cı ildən fəaliyyət göstərən proqramın məqsədi Rusiyanın az məskunlaşmış yaşayış məntəqələrini MDB ölkələrinin vətəndaşları hesabına məskunlaşdırmaq olub. Ermənistanın baş naziri Tiqran Sarkisyan proqramı “qəbuledilməz” adlandırıb.

 





27.11.2012    çap et  çap et