525.Az

AZAL Berlinə birbaşa aviareys açır


 

AZAL Berlinə birbaşa aviareys açır<b style="color:red"></b>

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Almaniyanın paytaxtı Berlinə birbaşa aviareys açır.

Bunu “APA-Economics”ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib.
 
M. Səfərlinin sözlərinə görə, Bakı-Berlin-Bakı istiqamətində birbaşa uçuşlar mayın 2-dən yerinə yetiriləcək.
 
Uçuşlar həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək.
 
Qeyd edək ki, hazırda Bakıda birbaşa uçuşlar Almaniyanın Frankfurt şəhərinə yerinə yetirilir. Bu istiqamətdə uçuşlar həftənin bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri saat 04:55-də həyata keçirilir.

 





22.01.2015    çap et  çap et