525.Az

Tiflisdə Yaşar Nurinin xatirə gecəsi keçirilib


 

Tiflisdə Yaşar Nurinin xatirə gecəsi keçirilib<b style="color:red"></b>

Tədbirdə Gürcüstan parlamentinin deputatları, Azərbaycan və gürcü ictimaiyyətinin, tələbə-gənclərin nümayəndələri iştirak ediblər.

525.az-ın məlumatına görə, gecənin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri şair Rafiq Hümbət iştirakçılara Yaşar Nurinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev bildirib ki, Yaşar Nurinin vəfatı dünya azərbaycanlıları kimi, Gürcüstan azərbaycanlılarının da böyük kədərinə səbəb olub.

ARDNŞ-in Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı Şövqi Mehdizadə, AZEBİ ictimai birliyinin rəhbəri Qaratel Allahverdiyeva, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı direktorunun müavini Namiq Valehoğlu, yazıçı-jurnalist Emin Elsevər və başqaları Yaşar Nuri yaradıcılığının özəlliklərindən söhbət açıblar.
Sonda Yaşar Nurinin iştirakı ilə çəkilmiş “Bəyin oğurlanması” filmi nümayiş etdirilib.

 





27.11.2012    çap et  çap et