525.Az

"Haray salmağa ehtiyac yoxdur"


 

Fikrət Yusifov: "Siyasi ambisiyası olanlardan hakimiyyətin fəaliyyətinə obyektiv qiymət verəcəyini gözləmək lazım deyil"

"Haray salmağa ehtiyac yoxdur"<b style="color:red"></b>

"Dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsini özləri üçün “çox maraqlı” mövzuya çevirmiş və bu məsələ ilə bağlı eyni fikirləri on dəfələrlə deməkdən usanmayan bəzi təhlilçilər cəmiyyətdə olduqca yalnış rəy formalaşdırmağa səy göstərirlər". 

Bu fikirləri "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov mətbuata açıqlamasında deyib.

Onun fikrincə, dünya bazarlarında neftin qiymətlərinin  iki dəfədən çox aşağı düşməsi nəticəsində Neft Fondunun büdcəsində kəsir yaranması təbiidir:

"Təəssüf ki, özlərini iqtisadi ekspert kimi təqdim edənlər az qala bunun əksini "isbat" etməyə çalışırlar. Neftin dünya bazarlarındakı qiymətləri son 2-3 ildə təxminən 100-120 dolları  aşdığı və bəzən bundan da yüksək bir həddə çatdığı halda əldə edilən mənfəətin yüksək olması  nə qədər təbiidirsə, bunun əksi baş verəndə gözlənilən mənfəətin azalması da bir o qədər təbiidir. Mətbuatdakı çıxışlarımızda dəfələrlə demişik ki, akyivləri 37,3 milyard ABŞ dollarından çox olan  Neft Fondunun ondan asılı olmayan səbəbdən bir neçə milyard dollar itirməsi və ya məlum səbəbdən növbəti ilə öz büdcəsini 1,5 milyard dollar kəsirlə proqnazlaşdırması fəlakət sayıla bilməz. Bunu fəlakət  kimi cəmiyyətə təqdim etmək sadəcə belə “təqdimatın”  ancaq siyasi motivlərə söykənməsindən xəbər verir".

F.Yusifov açıqlamasında uzun müddət bank sektorunda rəhbər vəzifədə çalışan peşəkar bankirin qarşılaşdığı bir məqamı xatırladıb:

"Sovet dönəmində prokurorluğun gənc müstəntiqi həmin şəxsə böyük bir təlaşla belə deyib: “Heç bilirsiniz sizin bank nə edib? Bankir çaşqınlıq içərisində hansı əməli törətdiyini soruşub. Müstəntiqin cavabına baxın: "Müəssisəyə kredit vermisiz”. Bankir də cavabsız qalmayıb. Deyib ki, kredit vermək bankın ana işidi:  "Bank kredit verər meyvə-tərəvəz verməz ki!”. 

İndi mən də dünya bazarlarında neftin qiymətlərinin iki dəfədən çox aşağı düşdüyü bir dövrdə Neft Fondunun büdcəsində yarana biləcək kəsri faciəyə çevirənlərə deyirəm:  burada təəccüblü nə var ki? Neftin qiymətləri aşağı düşəndə Neft Fondunun da gözlənilən mənfəəti təbii olaraq azalar. H

eç kəs narahat olmasın, ehtiyac yarandığı halda Neft Fondu dünya bazarlarinda neftin qiymətlərinin 100-120 və bəzən bundan da çox olduğu dönəmlərdə bu hesaba yaratdığı rezervlərindən istifadə edib, vəziyyəti nizamlayacaq və bunun özü də çox normal bir addım olacaq. Əslində bu rezervlərin yazılmış və yazılmamış bir təyinatı da analoji hallarda təhlükəsizlik yastığı rolunu oynamaqdır. Digər tərəfdən, neftin qiymətlərinin bu gün olduğundan daha da aşağı düşəcəyi tədqirdə Dövlət büdcəsinə yenidən baxmaq, bu zaman həyati əhəmiyyət kəsb etməyən, bu günün maliyyə imkanları ilə uzlaşmayan investitsiya layihələrinin tam və ya qismən dayandırılması mümkündür. Artıq Prezident bu barədə fikirləri cari ilin əvvəlində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib".

Neft Fondundan Dövlət büdcəsinə 2015-ci ildə ediləcək 10,3 milyard manat transferə rəhbərlik etdiyi təşkilatın bir neçə dəfə münasibət bildirdiyini diqqətə çatdıran BİAB sədri qeyd edib ki, Neft Fondundan  Dövlət büdcəsinə yönəldilən və əsasən investitsiya layihələrinin maliyyələşməsinə sərf edilən vəsait elə həmin layihələrin maliyyələşməsinə Neft Fondundan birbaşa da yönəldilə bilərdi:

“Bunu heç kəs Azərbaycan hökumətinə qadağan edə bilməz! Belə olan halda Neft Fondu investitsiya layihələrinin maliyyələşməsini öz büdcəsi vasitəsilə Fondun maliyyə imkanlarına  uyğun şəkildə həyata keçirəcəkdi. Əgər belə olsaydı, bu gün “rahatsız olub həyəcan təbili” çalanlar nədən danışacaqdırlar? Gürcüstanda, Belaruda, Moldovada və başqa qeyri neft ölkələrində Neft Fondu yoxdur. Bu ölkələr illərlədir  heç bir fəlakətə düçar olmayıblar ki? Son iki aya qədərki dövrdə apardığımız müşahidələr zamanı bizi heyrətə gətirən bir acı həqiqəti qeyd etməyə bilmirik. Neftin qiymətləri aşağı düşdüyü anlarda bəzi “müxaliflərin” facebook səhifələrində bu münasibətlə bir-birinə gözaydınlığı verməsini görəndən sonra düşünürsən ki, görəsən bu adamlardan başqa dünyada daha kimlər Azərbaycanın itkilərinə sevinə bilər?

Bu yerdə ulu öndər Heydər Əliyevin bir kəlamı yada düşür: “Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın! Siyasi ambisiyası olanlardan hakimiyyətin fəaliyyətinə obyektiv qiymət verəcəyini gözləmək lazım deyil. Proseslərə qeyri-obyektiv qiymət verməyin bir kökü də belə mövqe sərgiləyənlərin siyasi mədəniyyətinin aşağı olmasıdır. Onlara demək istəyirəm ki, haray salmağa ehtiyac yoxdur".

 





23.01.2015    çap et  çap et