525.Az

Qaliblər müəyyən olundu- “Bakı gecələri – 2012”


 

Qaliblər müəyyən olundu- <b style="color:red">“Bakı gecələri – 2012” </b>

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən “Bakı gecələri – 2012” Estrada Mahnı Festivalının qalibləri səsvermələr nəticəsində müəyyən oldu.

525.az-ın məlumatına görə, festivala təqdim olunan mahnılar SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsində iştirak etdilər. Səsvermə noyabr ayının 20-ə kimi davam etdi və hər iki səsvermənin nəticələrinə görə ən çox səs qazanmış 21 mahnı “Bakı gecələri” Estrada Mahnı Festivalının qalibləri elan edildi.

1. Ayan – “Ya ona dön”
2. Aybəniz Həşimova – “Sən getsən əgər”
3. Aygün Kazımova – “Düşün məni”
4. Brilliant Dadaşova – “Dalğalar”
5. Ceyhun – “Söz verirəm”
6. Elza Seyidcahan – “Tapmaca”
7. Faiq Ağayev – “Riyaziyyat”
8. İlhamə Qasımova – “İstə”
9. Manana –“ Gec deyil”
10. Nadir Qafarzadə –“Ana laylası”
11. Natəvan Həbibi – “Damlalar”
12. Rəhim Rəhimli – “Balta”
13. Ramal – “Qurban olum”
14. Roza zərgərli – “Atəş”
15. Samira-Allahverdi – “Sevgimdən danışdım”
16. Səidə Dadaşova – “Yağış yağır”
17. Sevda Yəhyayeva – “Heç qayıtma”
18. Xatirə İslam – “Biri var burda”
19. Zamiq – “Nağıllar”
20. Zülfiyyə Xanbabayeva – “Yox demə”
21. Şeron qrupu – “Dost”
Qalib mahnılar 24 dekabr Heydər Əliyev Sarayında keçirilən Qala-konsertdə tamaşaçılara təqdim olunacaqlar. Qaliblər arasından mükafatçıları müəyyən etmək üçün Qala–konsertdə iştirak edən 21 mahnı noyabr ayının 25-dən dekabr ayının 15-ə kimi “Araz FM - 103.3” radiosunun efirində səsləndirilir və yenidən SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməyə çıxarılır, ən çox səs toplamış 3 mahnı mükafatlandırılır. 
I Yer – Diplom və 5000 manat
II Yer – Diplom və 3000 manat
III Yer – Diplom və 2000 manat

GÜNEL

 





27.11.2012    çap et  çap et