525.Az

“Bu qanun təkcə Gürcüstandan olan soydaşlarımıza aid edilmir”


 

“Bu qanun təkcə Gürcüstandan olan soydaşlarımıza aid edilmir” <b style="color:red"></b>

AZƏRBAYCAN MİQRASİYA MƏRKƏZİNİN RƏHBƏRİ ƏLÖVSƏT ƏLİYEV:  AZƏRBAYCANDA DAHA ÇOX YAŞAYAN ƏCNƏBİLƏR GÜRCÜSTANLILARDIR

 

Gürcüstan azərbaycanlılarının ən mühüm problemlərindən biri onların Azərbaycana gəliş-gedişi ilə bağlıdır. Belə ki, Gürcüstanlı soydaşlarımız Azərbaycana gələn zaman qanunda nəzərdə tutulduğu kimi, mütləq Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə onlar az, çox 300-400 manat məbləğində cərimələnirlər. Əmək miqrantları kimi gələnlər isə 1000 manat məbləğində pul ödəməli olurlar. Yəni qanunlarda Gürcüstandakı digər ölkələrdəki soydaşlarımız üçün xüsusi güzəştlər nəzərdə tutulmur. Ölkəyə gələn soydaşlarımızın əksəriyyəti Miqrasiya Xidmətində qeydiyyatdan keçmir ki, bu da müxtəlif problemlərə yol açır. Nəticədə Gürcüstana qayıtmaq istəyən soydaşlarımızın sərhəd-keçid məntəqəsindən geri qaytarıldığı bildirilir. Bu, soydaşlarımızın ciddi narazılığına səbəb olan məqamlardan biridir.   

 

Məsələyə münasibət bildirənBorçalıİctimai Cəmiyyətinin ədəbi əlaqələr üzrə sədr müavini Elbəyi Cəlaloğlunun sözlərinə görə, bu məqam ciddi problemlərə yol açıb. O, Azərbaycana gələn gürcüstanlı soydaşlarımızın sərhəd keçid məntəqələrində incidildiyini qeyd edib: “Hər gün Gürcüstana qayıtmaq üçün sərhəd-keçid məntəqəsinə yaxınlaşan onlarla Borçalı sakini 300-400 manat cərimə ödəməsi üçün gömrükdən geriyə qaytarılır çoxunun bu məbləği ödəmək imkanı olmadığından ev-eşiyinə qayıda bilmir. Əhalinin narazılığına səbəb olan bu problem çoxdan gündəmdə olsa da, heç cürə öz həllini tapa bilmir. Bu, hətta kimlərinsə qazanc mənbəyi olması barədə şübhələrin oyanmasına da rəvac verir. Aydındır ki, bu əməliyyatlar mövcud qanunvericiliyə uyğun olaraq aparılır. Lakin Azərbaycanla sıx qohumluq əlaqəsində olan, kütləvi surətdə bu ölkəyə gəliş-gediş edən, eləcə çörək pulu qazanmaq məqsədilə buraya üz tutan borçalıların iflic vəziyyətə salınması, onlara xüsusi imtiyazların verilməməsi düzgün addım deyil. Eləcə , qeyd etməliyik ki, Borçalı türklərinin Azərbaycanda qanuni olaraq işləməyi qarşılığında dövlətə 1000 manat ödəməsi tələb olunur. Bunun nəyə xidmət elədiyi isə məlum deyil. Başa düşülməlidir ki, Azərbaycan təkcə Azərbaycan vətəndaşlarının deyil, o, həm , hər bir Azərbaycan türkünün qürur, ümid sığınacaq yeridir”.

 

O, Gürcüstanda infrastrukturanın azlığı ucbatından özlərinə doğma hesab etdikləri Azərbaycana işləmək üçün üz tutan borçalıların sayının çox olduğunu deyərək, dalınca Azərbaycana pənah gətirən soydaşlarımızın ümidlərinin qırılmasının heç yaxşı bir şey olmadığını qeyd edib. Onun sözlərinə görə, borçalıların Azərbaycanda incidilməsi çox ağır fəsadlara gətirib çıxara bilər: “Məsələn, Azərbaycanda problemlərlə üzləşən Borçalı insanı çörək pulu üçün daha uzaq ölkələrəRusiyaya, Ukraynaya, Belorusa digər məmləkətlərə getməyi üstün tutur. Bu ölkələrə üz tutan gənclərin çoxu isə müxtəlif səbəblər ucbatından geri dönmür beləliklə , biz onu birdəfəlik itirmiş oluruq. Bu isə milli dövlət maraqlarımıza öz əlimizlə balta vurmaqdan başqa bir şey deyil. Düşünürəm ki, bu cür fəsadların qarşısının alınması üçün adını çəkdiyimiz problemə dərhal son qoyulmalıdır. Borçalıların Azərbaycana sərbəst gediş-gəlişi təmin olunmalıdır. Mən bu məqsədlə üzümü Milli Məclisin üzvlərinə tutur, xüsusilə Qənirə xanım Paşayeva, Nizami Cəfərov, İqbal Ağazadə, Fazil Qəzənfəroğlu cənablarından bu məsələni parlamentdə qaldırmalarını xahiş edirəm. borçalıların Azərbaycana sərbəst gediş-gəlişini təmin edən qanunların qəbul olunmasını hər bir millət vəkilindən xahiş edirəm. Zənnimcə, Azərbaycan Gürcüstanın milli dövlət maraqları, eləcə , hər iki dövlətin strateji müttəfiqliyi Azərbaycanda yaşayan gürcülərin Gürcüstan ərazisinə, Gürcüstanda yaşayan Azərbaycan türklərinin isə Azərbaycan ərazisinə gəliş-gedişinin maneəsiz olmasını tələb edir. Ən azından Azərbaycan üçün Borçalı türkü afrikalı, pakistanlı, yaxud da amerikalıdan fərqli statusa malik olmalıdır, çünki onların soydaşımız ya ayrılmaz hissəmiz olduqlarını unutmamalıyıq. Hesab edirəm ki, Azərbaycan Gürcüstan əhalisi heç bir qeydiyyat-filan tələb olunmadan bir-birinə sərbəst gedib-gəlməlidirlər. Sərhəd-keçid məntəqəsi pasportu yoxlamaqla möhürsüz-filansız insanları buraxmalıdır”.

 

E.Cəlaloğlunun fikrincə, soydaşlarımızın Gürcüstanda dayanıqlı yaşamaları üçün ciddi investisiya proqramları, bütövlükdə isə zəngin dövlət proqramının işlənməsi demokratik dövlət quruculuğunda daha ardıcıl islahatlar aparılması vacibdir.

 

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, 2004- ildə müxtəlif qanunlara edilən əlavə dəyişikliklər miqrasiya sahəsində qanunları sərtləşdirib. O, bu qanunlarda digər ölkə vətəndaşları olan soydaşlarımız üçün hansısa güzəştlərin nəzərdə tutulmadığını deyib. Ə.Əliyev Azərbaycana gələn əcnəbi şəxslərin mütləq qeydiyyatdan keçməsinin zəruriliyini bildirib: “Miqrasiya qanunun sərtləşməsi ondan ibarətdir ki, Azərbaycana gələn əcnəbilər vətəndaşlığı olmayan şəxslər buraya gəldikdən sonra olduğu yer üzrə yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Eyni zamanda əcnəbi Azərbaycan ərazisində 30 gündən artıq yaşayırsa, o mütləq qeydiyat vəsiqəsi ilə təmin edilməlidir. Həmin vəsiqələr pasportda göstərilən vizanın müddətinə verilir. MDB məkanından, o cümlədən Gürcüstandan gələn vətəndaşlara da bu qanun şamildir. Bu qanun təkcə Gürcüstandan olan soydaşlarımıza aid edilmir. bu qanun etnik, milli mənşəyə görə tətbiq edilmir. Qanun bütün əcnəbilərə münasibətdə tətbiq olunur”.

 

Gürcüstandan Azərbaycana gələn şəxslərin çoxluğunu diqqət çəkən Ə.Əliyev buna görə onların daha çox problemlə üzləşdiyini söyləyib: “Azərbaycanda daha çox yaşayan əcnəbilər gürcüstanlılardır. Ölkəmizdə daha çox qanunsuz yaşayan əcnəbilər yenə gürcüstanlılardır. Azərbaycanda ən çox hüquqları pozulan əcnəbilər yenə Gürcüstandan olan azərbaycanlılardır. Çünki onlara qaçqın statusu, müvəqqəti yaşamaq icazəsi verilmir. Daimi yaşamaq icazəsi isə çox sıxışdırılaraq verilir. Onlara həmçinin vətəndaşlıq da verilmir. Onların sırf azərbaycanlı olduqları Gürcüstandan gəldikləri üçün vəziyyətləri ağırlaşdırılır”.

 

Ə.Əliyev bir çox ölkələrdə etnik mənşəyə görə sadələşdirilmiş vətəndaşlığın verildiyini bildirib.

 

Aqil LƏTİFOV
 





27.11.2012    çap et  çap et