525.Az

“Lachın Hospital” xəstəxanasının yeni binası istifadəyə verilib


 

“Lachın Hospital” xəstəxanasının yeni binası istifadəyə verilib<b style="color:red"></b>

Ölkəmizdə səhiyyə xidmətinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, Əhməd Rəcəbli - 1 küçəsi, 21 ünvanında “Lachın Hospital”  xəstəxanasının yeni binası istifadəyə verilib.

Xəstəxana Stasionar və Ambulator tibbi xidmətlər göstərəcək. “Lachın Hospital” xəstəxanası ən müasir avadanlıqlarla təmin olunub. Bu amil vətəndaşlara yüksək xidmət göstərmək imkanları yaradacaq.

Xəstəxanada  ümumi cərahiyyə, anesteziologiya – reanimatologiya, terapiya, kardiologiya, qastroenterologiya, endokrinalogiya, nevropatologiya, dermatologiya, kosmetoloji, fizioterapiya, plastik cərrahiyə, urologiya, anesteziologiya- reanimatologiya, stamatologiya, pediatriya, şüa diaqnostikası, rentgenoloji kompüter tomoqrafiyası, ulturasəs müayinəsi, oftomologiya, otorinolarinqologiya, laboratoriya və digər sahələrdə xidmət veriləcək. Bir sözlə xəstəxana dünya standartlarına uyğun şəkildə ən son model avadanlıqlarla təmin olunub.

Ötən gün xəstəxananın açılışı keçirilib. Açılışda səhiyyəmizin bir çox tanınmış simaları, mətbuat nümayəndələri iştirak ediblər.

Açılışda müəssisənin təsisçisi “Lachın Hospital”ın rəhbəri Xuraman Muradova çıxış edərək deyib ki, Ümummilli Lider Heydər Əliyev özəl sektorun inkişafında böyük işlər görüb. Bu gün də bu işlər  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də bu inkişaf özünü göstərir.Təbii ki, bu inkişafda Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin də zəhməti az deyil. “Lachın Hospital”ın adı gələndə qoy gözlər, ürəklər gülsün və hamı sevinsin”.

Daha sonra “Lachın Hospital”ın Baş həkimi Kamil Hacıyev diqqətə çatdırıb ki, “Lachın Hospital” 7 mərtəbədən ibarətdir: “Klinikamızın ən alt yəni mənfi mərtəbəsində bizim radioloji şüa-diaqnostika şöbəmiz yerləşir. Həmin yerdə yüksək modern texnologiya ilə təchiz olunmuş ən son bilgisayar tomoqrafi, rentgen və ultrasəs aparatları yerləşir. Birinci qatımızda klinik, biokimyəvi bakteroloji, morfoloji analizləri icra etməyə malik olan yüksək texnologiyalı laboratoriyamız yerləşir. İkinci və üçüncü qat isə bizim poliklinik şöbəmizdir.

Həmin qatlarda nevroloji, pediatrik, uroloji, endokrinoloji və s. otaqlarımız yerləşir ki, həmin kabinetlərdə ən son texnologiya ilə təchiz olunmuş aparatlar yerləşib. Dördüncü qat bizim statisonar qatdır. Həmin qatda yüksək texnologiya ilə təchiz olunmuş modern intensiv palatalarımız yerləşir. Beşinci qat isə cərrahi blok qatıdır. Burada yüksək texnologiya ilə Avropada istehsal olunan aparatlarla təchiz olunmuş iki böyük əməliyyat bloku, bir reanimasiya, bir oyatma şöbəsi yerləşir. Cərrahi blokda ümumi cərrahi, laporoskopik, endoskopik və hər cür açıq cərrahi əməliyyatları icra edə biləcək yüksək texnologiya yerləşdirilib”.

Qeyd edək ki, xəstəxanada Azərbaycanın məşhur yüksək ixtisaslı mütəxəssisləri ilə yanaşı Almaniya, Türkiyə və digər ölkələrdən dəvət olunmuş cərrahların da əməliyyat keçirmələri planlaşdırılır. Bir sözlə “Lachın Hospital” xəstəxanasında tibb işçilərinin fəaliyyəti və xəstələrin yüksək səviyyədə müalicəsi üçün hər cür şərait yaradılıb.

Bakı şəhəri, Nərimanov rayonu Əhməd Rəcəbli- 1 küçəsi, 21
Mobil (050) 3784329 (012) 5621052 - 5621054

Sabir BAXŞALIYEV

 





24.01.2015    çap et  çap et