525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 772  mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında yanvarın 25-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacağı gözlənilir.

 





24.01.2015    çap et  çap et