525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında yanvarın 27-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 767 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında yanvarın 27-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, səhər qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 





26.01.2015    çap et  çap et