525.Az

BDP-çi deputatların toxunulmazlığı ləğv edilə bilər


 

BDP-çi deputatların toxunulmazlığı ləğv edilə bilər<b style="color:red"></b>

Bölücü terror təşkilatının üzvləriylə qucaqlaşma görüntüləri yayılan Barış və Demokratiya Partiyası (BDP) deputatlarının toxunulmazlıqlarının ləğvi tələb olunur.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, avqustun 17-də Şəmdinlidə PKK terrorçuları ilə görüşdüyü müəyyən edilən 10 deputatın toxunulmazlığının ləğvi ilə bağlı tələb Ədliyyə Nazirliyi tərəfindən Baş Nazirlik vasitəsilə parlamentə göndərilib. Bunlar Gültan Kışanak, Adil Kurt, Səbahat Tuncel, Nəzmi Gür, Hüsaməddin Zendərlioğlu, Xəlil Aksoy, Ərtoğrul Kürkçü, Əsat Canan, İdris Balükən və Aysel Tuğlukdur.

Van Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə deputatların toxunulmazlıqlarının ləğvi və 5 ildən 10 ilə qədər həbs cəzası tələbilə mühakimə olunmaları istənilir.

Bundan sonrakı mərhələdə prokurorluğun tələbi parlamentin konstitusiya və hüquq komissiylarının üzvlərindən ibarət birgə komissiyaya göndəriləcək. Komissiyanın tərkibində 5 nəfərlik bir hazırlıq komissiyası yaradılacaq. Komissiya toxunulmazlıqların ləğvini tövsiyə edərsə, dosyelər parlamentin sessiyasının gündəliyinə salınacaq. Deputatların toxunulmazlığı sessiyada səs çoxluğu ilə ləğv edilir.

 





27.11.2012    çap et  çap et