525.Az

Bakıda mənzildən insan skeleti tapıldı


 

Bakıda mənzildən insan skeleti tapıldı<b style="color:red"></b>

Bakıda mənzildən skelet tapılıb.
 

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Dadaş Bünyadzadə küçəsi, ev 251, mənzil 2-dən insan skeleti aşkarlanıb. Polisə faktla əlaqədar məlumat daxil olan kimi ünvana əməliyyat qrupu gəlib. Məlum olub ki, həmin şəxs təxminən 4-5 ay əvvəl ölüb. Meyit şişdikdən sonra partlayıb və qalıqlar dağılaraq çürüyüb. Onun kişi olduğu müəyyənləşib.

Digər məlumata görə, həmin ünvanın qonşuluğunda yaşayan şəxslər uzun müddət kəskin qoxu hiss etsələr də, iyin mənşəyini müəyyən edə bilməyiblər. Bu gün isə ev sahibi mənzilə gəlib və qapını açdıqdan sonra dəhşətli mənzərə ilə üzləşib.

Hazırda ölən şəxsin kimliyi araşdırılır.

 

 





27.11.2012    çap et  çap et