525.Az

Telekanallardakı əndrabadi reklamlara qadağa qoyulacaq


 

Telekanallardakı əndrabadi reklamlara qadağa qoyulacaq<b style="color:red"></b>

“Azərbaycanda sonuncu dəfə “Reklam haqqında” qanun 1997-ci ildə qəbul olunub. Həmin vaxtdan 17 il keçir. Geridə qalan müddətdə Azərbaycanın iqtisadi-sosial, siyasi həyatında köklü dəyişikliklər baş verib. Buna görə də bu qanun layihəsinin yenidən işlənib hazırlanması vacib idi və buna ehtiyac var”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.

O qeyd edib ki, 1995-ci ildə ölkədə reklam bazarı dövriyyəsi cəmi 300 min dollar idisə, hazırda rəsmi stasitikaya görə 60 milyon manat, qeyri-rəsmi statistikaya əsasən isə 400-500 milyon manata yaxındır:

“Bu çox böyük rəqəmlərdir. Bir neçə dəfə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun, eyni zamanda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin başçılığı ilə ilə geniş müzakirələr aparılıb. Milli Məclisin müzakirəsinə çıxarılandan sonra gündəliyə salınıb və fevral ayının 2-də müzakirə olunacaq”.

Vahid Əhmədov bildirib ki, qanun 2 fəsil, 38 madədən ibarətdir: “Bu qanun reklam bazarının müasir qanunauyğunluqla tənzimlənməsini təmin edir. Layihədə çox məsələlərə diqqət edilib. Birincisi, dil məsələsidir. Yəni dövlət dilindən istifadə olunmasına, mənəvi dəyərlərin, insanın şərəf, ləyaqətini, etik normaları pozan, dil və üslub baxımından düzgün olmayan söz və ifadələrin işlənməsinə icazə verilmir və buna riayət edilməsi tələb olunur. Digər dillərdən o hallarda istifadəyə icazə verilir ki, xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilsin”.

Deputatın sözlərinə görə, bu qanunda xüsusi tələblər və məhdudiyyətlər nəzərdə tutulub: “Yetkinlik yaşına çatmayanların müdafiəsilə əlaqədar məsələlər, maliyyə problemi ilə bağlı yaranan müəyyən anlaşılmazlıqlar, televiziya və radio verilişlərində, mobil rabitə sistemində “SMS” vasitəsilə olan ticarət əlaqələri və s. qanunda öz əksini tapıb.

Qanunda televiziya və radio verlişlərində reklamlam çarxının vaxtı və müddəti də göstərilib. Hazırda bu sahədə ciddi problemlər olduğundan məsələyə böyük bir maddə həsr etmişik”.

İçki və siqaret rekalmına gəldikdə, komitə üzvü deyib ki, içki və siqaretlərin reklamı ilə bağlı da qanunda dəyişikliklər nəzərdə tutulub: “Dəyişikliyə əsasən içki reklamları gecə saat 12-dən səhər saat 6-a kimi, siqaret reklamı isə əvvəlki qanunda olduğu kimi qalıb, yəni siqaretin reklamına icazə verilmir”.

 





27.01.2015    çap et  çap et