525.Az

Mədəniyyət və İncəsənət Universitetində muğamşünaslıqla bağlı elmi seminarlar başlanıb


 

Mədəniyyət və İncəsənət Universitetində muğamşünaslıqla bağlı elmi seminarlar başlanıb<b style="color:red"></b>

Dünən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) muğamşünaslıqla bağlı elmi seminarlara start verilib.

"Muğamşünaslığın aktual problemləri" adlı ilk elmi seminar  Universitetinin  elmi şura zalında  baş tutub.

Seminarı rektor, professor Fərəh Əliyeva açaraq, qonaqları salamlayıb. O bu il Heydər Əliyev Fondunun  dəstəyi ilə  keçiriləcək IV  Beynəlxalq Muğam Simpoziumuna  qədər Universitetdə belə seminarların keçirilməsini təqdirəlayiq hesab etdiyini  və buna böyük ehtiyac olduğunu vurğulayıb.

Daha sonra  ADMİU-nun Musiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kamilə Dadaşzadə "Azərbaycan ənənəvi musiqisində "Şah Xətayi" termininin tətbiqinə dair", sənətşünaslıq üzrə elmlər doktoru, dosent  İradə Köçərli " Aşıq musiqisinin səs sistemi Ü.Hacıbəylinin məqam nəzəriyyəsi kontekstində",  AMEA Memarlıq və İncəsənət İnstitutunun "Muğamşünaslıq" şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova  "Muğamşünaslığın konseptual əsasları" , sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Aydın Talıbzadə "Muğamın sillabik qəliblərinə dair bəzi mülahizələr" , sənətşünaslıq üzrə fəlsəfə doktor  Güllü İsmayılova  isə  "Azərbaycan bəstəkarlarının yaradıcılığında milli semantikanın təcəssümü" adlı məruzələrlə çıxış ediblər.

Muğam biliciləri, AMEA-nın nümayəndələri, Universitetin professor-müəllimlərinin, magistr və doktorantlarının  iştirak etdiyi seminar maraqlı fikir mübadiləsi, diskussiya şəklində keçib.

 





27.01.2015    çap et  çap et