525.Az

Məmmədov Qaribaşvili ilə görüşdü


 

Məmmədov Qaribaşvili ilə görüşdü<b style="color:red"></b>

Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Gürcüstanda səfərdə olan Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun təkbətək görüşü baş tutub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, görüşdə əsas mövzu Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə dair məsələlər müzakirə olunub.
 
Qeyd edək ki, bu gün Z. Məmmədov Bakı-Tiflis-Qars layihəsinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olmaq üçün Türkiyə sərhədindəki Kartsaxi ərazisinə də səfər edəcək.

 





28.01.2015    çap et  çap et