525.Az

Fransada eks-prezidentlərə xərclənən pulun məbləği açıqlandı


 

Fransada eks-prezidentlərə xərclənən pulun məbləği açıqlandı<b style="color:red"></b>

Fransızlar keçmiş prezidentlərin saxlanılmasının dövlət büdcəsinə neçəyə başa gəldiyini  hesablayıblar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda ölkədə 3 keçmiş prezident – Valeri Jiskar d'Esten, Jak Şirak və Nikolya Sarkozi var.

Məlum olub ki, onların arasında fransızlara ən baha başa gələni 88 yaşlı d'Estendir. Onun üçün ildə 2,5 milyon avro gedir.

82 yaşlı Jak Şirak üçün sərf olunan məbləğ 1,5 milyon avro, 59 yaşlı Nikolya Sarkozinin ehtiyaclarına isə büdcədən 2,2 milyon avro sərf olunur.

Keçmiş dövlət başçılarının mənzil, iki sürücüsü olan xidməti avtomobil və 7 köməkçi saxlamaq hüquqları var. Keçmiş prezidentlərin hər birinin təhlükəsizliyini 2 polis əməkdaşı qoruyur.

 





28.01.2015    çap et  çap et