525.Az

Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb


 

Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb<b style="color:red"></b>

Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb.

APA-nın məlumatına görə, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Ağdam istiqamətində qeydə alınıb. Ordumuzun əsgəri, 19 yaşlı Məmmədəli Tərlan oğlu Allahverdiyev minaya düşərək ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin minaya düşməsi faktını təsdiqləyib.
 
Qeyd edək ki, M. Allahverdiyev Şabran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 





28.11.2012    çap et  çap et