525.Az

Məmmədyarov və Çavuşoğlu bir arada


 

Məmmədyarov və Çavuşoğlu bir arada<b style="color:red"></b>

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, görüş Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü çərçivəsində baş tutub.
 
Söhbət əsnasında E. Məmmədyarovla M. Çavuşoğlu iki ölkə arasındakı münasibətlərin səviyyəsini yüksək qiymətləndiriblər, onların dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıblar.
 
Tərəflər həmçinin 2015-ci ilin 14-15 yanvar tarixlərində Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmiş görüşləri ikitərəfli münasibətlərin inkişafı baxımından yüksək qiymətləndiriblər.
 
Görüş zamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti də vurğulanıb.
 
E. Məmmədyarovla M. Çavuşoğlu həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 





29.01.2015    çap et  çap et