525.Az

Salyanda ev yandı, 75 yaşlı sahibi yanaraq öldü


 

Salyanda ev yandı, 75 yaşlı sahibi yanaraq öldü<b style="color:red"></b> Salyanda 3 otaqlı ev yanıb, bir nəfər ölüb.

Trend-in Fövqəladə Hallar Naziliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Salyan şəhərində 1937-ci il təvəllüdlü Muxtar İsrafil oğlu Mehdiyevə məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli üçotaqlı evin 1 otağının yanar konstruksiyaları və 2 otağı qismən 44 kv.m sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin yanmış cəsədi aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.
 





28.11.2012    çap et  çap et