525.Az

Rusiya AŞPA-nı boykot etdi


 

Rusiya AŞPA-nı boykot etdi<b style="color:red"></b> “Rusiya nümayəndə heyəti 2015-ci il boyu AŞ PA-nı boykot edir”.
 
APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Puşkov deyib.
 
O bildirib ki, rusiyalı parlamentarlar üçün səs hüququnun aprel və ya iyuna qədər dondurulması arasında heç bir fərq yoxdu: “Biz bütünlükdə 2015-ci il boyu AŞPA-nın işini boykot edirik”.
 
V. Puşkov saxlanılmış ukraynalı deputat Nadia Savçenkonun dərhal azad edilməsi ilə bağlı AŞPA-nın çağırışının da heç bir əsası olmadığını deyib: “Çünki AŞ PA Rusiya ilə dialoqdan imtina etdi. Bizimlə əməkdaşlıq etməyən qurumun çağırışı heç bir əhəmiyyət kəsb etmir”.
 





29.01.2015    çap et  çap et