525.Az

Qənirə Paşayeva AŞPA-da ermənilərin qətlə yetirdiyi jurnalistlərdən danışıb


 

Qənirə Paşayeva AŞPA-da ermənilərin qətlə yetirdiyi jurnalistlərdən danışıb<b style="color:red"></b>

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında xorvatiyalı deputat Qvozden Srecko Fleqonun hazırladığı “Avropada mətbuat azadlığının qorunması” adlı hesabat ətrafında müzakirə aparılıb.
 
APA-nın Avropa müxbirinin xəbərinə görə, müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edərək Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlı jurnalistlərin ermənilər tərəfindən qətlə yetirilməsindən bəhs edib:

“Mən millət vəkili olmazdan əvvəl uzun illər mediada çalışmış və bir sıra münaqişə bölgələrində fəaliyyət göstərmiş jurnalist olaraq məruzədə münaqişə zonalarında fəaliyyət  göstərən jurnalistlərə hücumların pislənməsini dəstəkləyərək hesab edirəm ki, biz bu məsələyə xüsusi diqqət göstərməliyik.

Azərbaycan torpaqlarının işğalı zamanı münaqişə zonasında olan və ya işləyən jurnalist dostlarımızı itirən bir şəxs kimi bunun nə qədər vacib olduğunu bildirmək istəyirəm. Salatın Əsgərova, Çingiz Mustafayev, Alı Mustafayev, Osman Mirzəyev və bir çox jurnalistlər məhz jurnalist fəaliyyətini yerinə yetirərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetiriliblər. Bu günə qədər onları qətlə yetirənlər ədalət qarşısında cavab verməyiblər və hələ də  Ermənistanda rahat gəzirlər. Mən assambleyamızı və məruzəçini bu məsələyə də diqqət ayırmağa çağırıram”.
 
Bundan başqa, Q. Paşayeva Azərbaycanda mətbuat azadlığı sahəsində görülən işlərdən də danışıb.

 





29.01.2015    çap et  çap et