525.Az

ADİU-da “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi yaradılıb


 

ADİU-da “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi yaradılıb<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi təsis edilib.

ADİU-nun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, birliyin yaradılmasında əsas məqsəd gənclərin xarici ölkələrdə təhsil proqramlarının təbliği, tələbələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin təşviqi, habelə yaradıcılıq fəaliyyətinin inkişafına yardım göstərməkdir.

Birlik həmçinin, elmi araşdırmalar aparılması, müxtəlif kurs və seminarlar, dəyirmi masa, görüşlər, sərgilərin təşkilini də həyata keçirəcək. Ölkə və xaricdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla müştərək layihələrin təşkili də birliyin fəaliyyət istiqamətinə daxil edilib.

Birliyin təsisçisi və sədri Uçot iqtisad fakültəsinin II kurs tələbəsi Səməd Rzazadədir.

 

 





30.01.2015    çap et  çap et