525.Az

“Mixail Saakaşvili qayıdacaq”


 

“Mixail Saakaşvili qayıdacaq”<b style="color:red"></b>

“Mixail Saakşvilinin Gürcüstana geri dönməsi zamanın tələbdir”.

Modern.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin azərbaycanclı deputatı Azər Süleymanov deyib. Deputat sabiq prezidentin indiki şəratidə geri dönməsinin mümkün olmadığını desə də, partiyasının parlamentdə gücünün artdığını vurğulayıb:

“Bidzina İvanişvilinin “Gücrü arzusu” partiyası hakimiyyətdə olduğu 2 il ərzində ölkəni dərin böhrana salıb. Ölkədə kriminal vəziyyət gərginləşib, korrupsiyanın miqyası isə artıb. Xüsusən, milli valyuta olan larinin ucuzlaşması indiki hakimiyyətin səhvləri ucbatından baş verib. 100 dollar qısa zamanda 165 laridən 215 lariyə qədər bahalaşıb. Əvəzində isə hökumət gözdən pərdə asmaq üçün bunun bütün dünya ölkələrində baş verən tendensiya olduğunu deyirlər”.

Azərbaycanlı deputatın fikrincə, Mixail Saakaşviliyə qarşı bri neçə maddə ilə cinayət işi qaldırıldığı üçün ölkəyə yaxın zamanlıarda geri dönməsi mümkün olmayacaq:

“Lakin onun parlamentdə 50-dən artıq deputatı olan “Milli Hərəkat” partiyası var və partiyaya dəstək sadə xalq tərəfindən gündən-günə artır. 20 il ərzində Rusiya meylii siyasət yürüdən Gürcüstan bunun qarşılığında heç nə qazanmadı, yalnız itirdi. İndi də “Gürcü arzusu” yenə bu yöndə siyasət yürüdür. Biz bu siyasi xəttə qarşı mübarizəmizi davam etdirəcəyik”.

 





30.01.2015    çap et  çap et