525.Az

Cəbhədə keçirilən monitorinq başa çatıb


 

Cəbhədə keçirilən monitorinq başa çatıb<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 28-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
 
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçisi Jiri Aberle, əlaqələndirici Piter Ki və şəxsi köməkçi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeniy Şarov keçiriblər.

 





28.11.2012    çap et  çap et