525.Az

Ukraynada Bakı I Avropa Oyunlarına dəstək aksiyası


 

Ukraynada Bakı I Avropa Oyunlarına dəstək aksiyası <b style="color:red"></b> Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İctimai Birliyi tərəfindən Ukraynada 2015-ci ildə ilk Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə dəstək olaraq layihə keçirilib.
 
Təşkilatdan APA-ya verilən məlumata görə, ilk Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə dəstək olaraq Ukraynanın bir sıra şəhərlərində Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İctimai Birliyi tərəfindən  Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Sev, qoru və tolerant yaşa!” adlı layihə keçirib.
 
Layihə çərçivəsində əhalinin müxtəlif təbəqələrinə Azərbaycanda ilk Olimpiya Oyunlarının keçirilməsi haqqında məlumatlar verilib və bukletlər paylanıb. Hətta bir neçə iştirakçı buzlu suya baş vurub üzərək Azərbaycanda ilk Olimpiya Oyunlarının keçirilməsinə dəstək göstəriblər.
 





30.01.2015    çap et  çap et