525.Az

Aydın Əliyev: "İllik proqnozlar yerinə yetiriləcək"


 

Aydın Əliyev: "İllik proqnozlar yerinə yetiriləcək"<b style="color:red"></b>

Bəzi ölkələrin və dünya iqtisadiyyatında baş verən böhrana baxmayaraq, Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) illik proqnozların yerinə yetirilməsini tam təmin edəcək.

"APA-Economics"in məlumatına görə, bunu DGK sədri Aydın Əliyev deyib.
 
"Qarşımıza qoyulan tapşırıqların yerinə yetirilməsi bizim borcumuzdur. Bəzi ölkələrdə baş verən iqtisadi böhrana baxmayaraq, yanvar ayında hər hansı proqnoz vermək çətindir. Çünki bu ay idxalın həcmi də böyük olmur. Yeni müqavilələrin bağlanılmasına, o cümlədən, bu ay büdcə təşkilatlarının maliyyələşdirilməsinə başlanılır. Bunun üçün xeyli zaman tələb olunur. Yalnız təhlil aparılandan sonra nə isə demək mümkün olacaq. Amma bir ilin göstəricisində biz proqnozları mütləq yerinə yetirəcəyik", - deyə A. Əliyev bildirib.

 





30.01.2015    çap et  çap et