525.Az

"Ötən il 264 uşaq üzərində ürək əməliyyatı həyata keçirilib"


 

"Ötən il 264 uşaq üzərində ürək əməliyyatı həyata keçirilib"<b style="color:red"></b>

“Bu gün Azərbaycanda xəstəxananın və həkimin seçimi söz yox ki, insanların öz işidir. Dünyanın başqa ölkələrində də bu belədir”.

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında ölkə vətəndaşlarının müalicə və əməliyyat üçün xarici ölkələrə üz tutması ilə bağlı sualı cavablandırarkən deyib.
 
Onun sözlərinə görə, bu gün Azərbaycanda həyata keçirilməsi mümkün olmayan əməliyyat yoxdur. Azərbaycanda sümük iliyinin transplantasiyasının, orqan nəqli, böyrək, qaraçiyər köçürülməsinin həyata keçirildiyini deyən nazir müavini qeyd edib ki, Azərbaycan prezidentinin tapşırığı ilə Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Kardiocərrahiyyə Mərkəzində ötən il 264 uşaq üzərində ürək əməliyyatı həyata keçirilib.

 





30.01.2015    çap et  çap et