525.Az

Yevda Abramov ABŞ-a səfər edəcək


 

Yevda Abramov ABŞ-a səfər edəcək<b style="color:red"></b> Azərbaycan Milli Məclisinin deputatı Yevda Abramov fevralın 1-də Amerika Birləşmiş Ştatlarına səfər edəcək.
 
Parlamentdən APA-ya verilən məlumata görə, deputat Los-Anceles şəhərində yerləşən ən böyük yəhudi məbədlərindən biri olan “Sinay” sinaqoqunda xüsusi dəri üzərində hazırlanmış “Tövrat”ın (“Sefer Tora”) təqdimat mərasimində iştirak edəcək.
 
Tədbirdə Azərbaycan və ABŞ yəhudiləri arasındakı əlaqələr, ölkəmizdə dini tolerantlıq ənənələrinin formalaşması barədə fikir mübadiləsi aparılacaq. Habelə ABŞ-ın yəhudi icması müqəddəs “Sefer Tora” Bakı Dağ Yəhudiləri Dini icmasına bağışlayacaq.
 
Səfər fevralın 4-də başa çatacaq.
 





30.01.2015    çap et  çap et