525.Az

Elmar Məmmədyarov Qırğızıstanın yeni səfirini qəbul edib


 

Elmar Məmmədyarov Qırğızıstanın yeni səfirini qəbul edib<b style="color:red"></b> Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Ayciqit Buranovu qəbul edib.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə səfir A. Buranov etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.
 
Səfir A. Buranov ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
 
E. Məmmədyarov səfir A. Buranova  diplomatik fəaliyyətində uğurlar arzulayıb.
 





30.01.2015    çap et  çap et