525.Az

“Gənc Tamaşaçılar”ın fevral repertuarında maraqlı tamaşalar var


 

“Gənc Tamaşaçılar”ın fevral repertuarında maraqlı tamaşalar var<b style="color:red"></b>

Dövlət Gənc Tamaşaçılar Teatrının fevral repertuarında maraqlı tamaşalar yer alıb. Fevralın 1-də U.Şekspirin “Romeo və Culyetta”, 7-də Elçinin “Buzovna kəndinin əhvalatları”, 8-də İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” əsərləri əsasından hazırlanmış eyniadlı tamaşalar təqdim ediləcək.

T.Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası fevralın 14-də, D.Po, P.Filipponun “İtalyansayağı xoşbəxtlik” səhnə əsəri isə fevralın 15-də göstəriləcək. Tamaşaçılar fevralın 21-də M.Vişnekin “Qoca kloun”, 22-də U.Şekspirin “III Riçard”, 24-də M.F.Axundzadə “Hekayəti-xırs quldurbasan”, 28-də isə V.Siqarevin “Ağ ölüm” tamaşalarına baxa bilərlər.

Fevralın 26-də teatrın kiçik səhnəsində Xocalı faciəsi ilə bağlı tədbir keçiriləcək.

Teatrın kollektivi balaca tamaşaçıları da unutmayıb: fevralın 1-də K.Ağabalayevin “Şahzadə Xəzərin nağılı”, 6-da N.Gəncəvinin “Xeyir və Şər”, 7-də P.Pançevin “Dörd əkizin nağılı”, 8-də Y.Şvartsın “Qırmızı papağın nağılı” tamaşalarını nümayiş etdirəcək.

Balaca tamaşaçılar fevralın 11-də və 15-də Ş.Perronun “Çəkməli pişik”, 12-də A.Şaiqin “Tıq-tıq xanım”, 13-də “Göyçək Fatma”, 14-də “Qoğalın nağılı”, 21-də A.Tolstoyun “Buratinonun macəraları”, 22-də A.Lindqren “Balaca və damda yaşayan Karlson”, 28-də isə “Qaraca qız” tamaşalarını izləyə bilərlər.

S.ABDULLAYEVA

 





31.01.2015    çap et  çap et