525.Az

Deputat Tarif Şurasının statusuna yenidən baxılmasını təklif edib


 

Deputat Tarif Şurasının statusuna yenidən baxılmasını təklif edib<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc Tarif Şurasının statusu haqqında danışıb.

APA-nın məlumatına görə, Z. Oruc bu yaxınlarda Tarif Şurasının benzinin qiyməti ilə bağlı çıxardığı anlaşılmaz qərarın ölkə başçısı tərəfindən ləğv olunduğunu xatırladaraq bildirib ki, bu strukturun fəaliyyətinə yenidən baxmaq lazımdır.
 
O qeyd edib ki, Tarif Şurasının tərkibi qanunla müəyyənləşməlidir: “Belə bir qurumun tərkibinin niyə müavinlər səviyyəsində formalaşması, yaxud hansı prinsiplərlə fəaliyyət göstərməsi məsələsinə baxılmalıdır. Hesab edirəm ki, qanunla Tarif Şurasının statusunu yenidən müəyyən etməliyik”.

 





02.02.2015    çap et  çap et