525.Az

Nakamlıq


 

Nakamlıq<b style="color:red"></b>

Balalarımdan, nəvələrimdən uzaq, nakamlıq  sanki  alnıma  yazılıb. 7 il nişanlı  qalıb atamın uzaq səfərdən  dönəcəyini gözlədim. Mənə yazdığı məktublarda  tez-tez evlənməyimi tələb edirdi. Yazırdı  dünyanın işini bilmək olmaz, evlən, gəlib nəvə görüm. Cavabında  yazırdım ki, yox ata, sənin  alnına bir oğul  toyu görmək yazılıb, onu səndən əsirgəmərəm. Sonra atam uzaq səfərdən vətənə döndü. Toy tədarükünə başladı, dəvətnamələr paylandı, digəl ki..... toyuma 8 gün qalmış atam vəfat elədi.

 

82 yaşlı anam  60 illik yubileyimi böyük ümidlərlə gözləyirdi. 2005-ci il yanvarın 21 idi. Azərbaycan radiosunda canlı yayım proqramını aparırdım. Arada nəfəs almaq ücün dəhlizə çıxdım. Mobil telefonuma zəng gəldi, İsmayıllıdan həkim dostum  Oqtay idi.Dedi, İntiqam tez gəl, anan rəhmətə gedib. Fevralın 14-, 60 yaşımın tamam olmasına 24 gün qalırdı.

 

nəhayət, ailəliklə 70 illik yubileyimi qarşılamağa hazırlaşırdıq.Ən çox da o, 2015-in fevralın 14- sonsuz səbirsizliklə gözləyirdi. bilim, bəlkədə ürəyinə damıbmış,  əyan olubmuş...

 

İsmayıllının havası düşürdü ona.Hər il məzuniyyət  götürüb bura gəlmək üçün uçunardı. Amma şəkəri yaxasından əl çəkmirdi. Yerli  həkimlərin əlindən o gəlirdi ki, bülletenin tarixini uzadırdılar. Ötən il eləcə, Axır ki,40 günəcən çəkən məzuniyyəti  başa çatdı. Mən qaldım rayonda onu Bakıya yola saldım. İllərdən bəri kimsəsiz qalan həyətimizdə başdan aşırdı gecəni gündüzə qatıb çalışır, evin, ocağın, bağın-baxçanın əyər-əskiklərini yoluna qoyurdum.

 

Noyabrın 6- idi, telefonuma zəng gəldi. O idi, həyat yoldaşım Züleyxa. Xəbərin varmı dedi, müəllimin vəfat edib. Dedim hansı müəllimim, qayıtdı ki, Cəmil Əlibəyli.Axır günlər qəzet almır,radio-televiziyaya yaxın durmurdum. O boyda itkidən xəbərim olmadığına görə özümü oki var danladım. Cəmil müəllim mənim jurnalist taleyimdə ilk xeyirxahım olmuşdu.1968-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirsəm heç yanda tapa bilmirdim.Bu  azmış kimi işə düzəlmək üçün vacib bir sənədim yoxa çıxmışdı.  Üstəlik o illərdə atam həbs olunmuşdu deyə istəmirdim mənə görə kimsənin üzünə söz gələ. Ancaq durmadan yazırdım. Dövlət radiosuna , qəzetlərə.

 

belə yazılarımdan birini o zaman çox  populyar olanAzərbaycan gəncləri  qəzetinə vermişdim.Adı da beləydi, “Bir bağ düşüncəsi”. Yazı dərc olunan  günün  sabahısı qəzetin redaktoru Cəmil Əlibəyli məni çağırtdırdı. Dedi yazına görə çoxları, hətta lap yuxarılardan mənə zəng edib razılıqlarını bildiriblər, odur ki, işə götürürəm səni. həyatımdakı  əyər-əskiklərə baxmadan məni rəsmi olaraq qəzetində ədəbi işçi vəzifəsinə təyin elədi.Oldum   hörmətli bir  qəzetin əməkdaşı, o dövrün korifey qələm sahibləri sayılan Mürşüd Dadaşovun, Zeynal Babayevin, Camal Qaryağdı, Şahin Quliyev,Davud Abdulkərimov,Piri Məmmədov, Abdulqəni, Rizvan Cəbiyevin həmkarı. 1970-ci il idi xalam qızı Züleyxa bunu  bilirdi (onda hələ nişanlanmamışdıq da). Odur ki, omrünün sonuna kimi Cəmil müəllimin canına sağlıqlar diləyir, namaz qılanda adına dualar oxuyurdu...

 

Budur həmin tarixdən 44 il keçib həyat yoldaşım  Bakıdan  İsmayıllıya telefon açıb, mənə atamdan sonra ikinci ata olmuş əziz bir insanın ölüm xəbərini çatdırır. Ardınca da  desə yaxşıdı, “sən otur onun barəsində bir şey yaz, gətir Bakıya, ver qəzetdə çıxsın, mən onu oxumaq istəyirəm”.  Bunu mənə az qala əmr formasında deyirdi.Dedim yaxşı.Onsuzda dolmuşdum.Əlim işdən soyumuşdu. Bircə yazmağa gücüm çatacaqdı. Cəmil müəllimə vida sözüadlı bir yazı yazdım. 7- Bakıya yola düşdüm ki, qəzetə verəm.

 

Araya üç günlük istirahət düşmüşdü. Bayraq günü münasibətiylə.  Noyabrın 10-da “525-ci qəzetə gəldim.

 

Yazını redaktora verib xahiş elədim  mümkünsə  qarşıdakı şənbə sayında dərc edəsiz. ... noyabrın 15- yazı qəzet səhifəsində işıq üzü görəndə artıq həyat  yoldaşım 5 gün idi ki, dünya işığına göz yummuşdu.

 

Noyabrın 10-dan 11- keçən gecə.Televiziyada  MoskvadanRuhfilmi göstərilirdi. Dedi,  uşaqlar gəlin bir yerdə bu filmə baxaq, öyrənməli çox şey var onda. Filmi dəfələrlə  görsək sözündən çıxmadıq. İşığı söndürüb başladıq seyr eləməyə. Yerini salıb təzəcə yatağına uzanmışdı  ki, oğlumuzun fəryadı evimizi silkələdi:  Mama sənə  oldu?! Mama! Mamaa-a!!! Məni çox  istəyirsə-ə-ən?! Getmə, olar, getmə!” Televiziyanı söndürüb işığı yandırdım. Keçinmişdi. Mənə, oğlumuz Müşfiqə, gəlinimiz Gülşənə, qürbətdə yaşayan qızımız Leylaya dinməzsöyləməz, lal baxışlarıyla əlvida deyib haqq dünyasına yollanmışdı. Kimsəyə yük olmadan, kimsəyə çəkdirmədən, kimsənin yerini daraltmadan. Çox sevdiyi qumrular, qaranquşlar misallı...

 

Qadınlı kişili, ömür-gün yoldaşını itirənlərdən eşitmişdim, amma dərdin bu üzünün böyüklükdə oldugunu indi bildim. Doğrudur, bütün dərdlər ağırdı, çəkilməzdi,arzu olunmazdı, amma insanın həyat yoldaşının itkisindən doğan dərd heç bir dərdə bənzəməz. Onun rəngi, hesaba sığmaz çəkisi, vəsvəgəlməz ağrısı var.

 

Yetər ki, ucaAllah  gecindən versin, cavan canlara, nakam ömürlərə qıymasın. Amma...bütün bunlar bizlikdi məyər?  Alnınagetməlisənyazılmışı saxlamaq olmaz. Getməlidir.

   

Sağlığında deyə bilmədiklərim

   

Yaman bivaxt gəldi amansız ölüm

Sovuldu bağ- baxçam, yıprandı gülüm

İçim buz kəsildi, üşəndi çölüm

Yar yalqız canımı üzdü getdi.

 

Kimsəyə ağır yük , şələ olmadı

Dərgahdan enmişdi bilən olmadı

Şahlar qənşərində kölə olmadı

Cümlə əzablara dözdü getdi.

   

Kamala yetmişdi öz vədəsində

Səbrini boğardı söz vədəsində

Ömrün son anında , son nəfəsində

Məni dərin- dərin süzdü getdi.

   

Mən bildim , o bildi o baxışdı

Ömrü sədaqətlə başa vurmuşdu

Qəlbində tək bircə muraz qalmışdı

Dərdləri canına düzdü getdi.

 

Kimsənin dalınca daş atmadı o

Kimsənin yerini daraltmadı o

Kimsənin qanını qaraltmadı o

Qanı öz içinə sızdı da getdi.

   

Taleyin hökmünə dözdü,  barışdı

Başı yerində, evdə qarışdı

Özünə bir qara qofta almışdı

Yaxasın daraldıb büzdü getdi.

 

Dostların istəyin duyan Züleyxam

Qohuma ürəyi yanan Züleyxam

Çərxin gərdişini duyan Züleyxam

Hafizin toyunda süzdü getdi.

   

Ona sən əvəzi Siz deməliydim

Saçın tumarlayıb oxşamalıydım

Züleyxamdeyibən çağırmalıydım

Soyuq rəftarımdan bezdi getdi.

   

Xərac İntiqamı , bac İntiqamı

Qisas İntiqamı, öc İntiqamı

İnad İntiqamı, kəc İntiqamı

Yıxıb , xışmalayıb , əzdi keçdi.

   

Sağlığında deyə bilmədikləri

   

Ayrılıq gecə gəldi

Bilmədim necə gəldi

Mən nakam gedim deyə

Əzrayıl mərcə gəldi.

 

İntiqam döz ,sakit ol

Sil gözünü , rahat ol

Mən burdan göz qoyacam

Özündən müğayət ol.

 

Baxça gülüm solarsa

Müşfiq tənha qalarsa

Qalxıb birdə ölərəm

Can yoldaşım ölərsə.

 

Qumrular dənə gəldi

Yarım çəmənə gəldi

Onu yola verincə

Mənimki mənə gəldi.

 

Yarım küsəyən oldu

Eşqin gizləyən oldu

Öldüm , son mənzilimi

Güllə bəzəyən oldu.

 

İntiqamı gəzərəm

Üstündə hey əsərəm

Xətrinə dəyməyin ha-a

Yoxsa sizdən küsərəm.

 

İldırımım , göz yaşım

Səbirsiz can yoldaşım

Ailəmizi yola ver

Mən burda rahatlaşım.

 

Qələmin , sözün olsun

Tarixdə izin olsun

İntiqam, Müşfiqə çox   bax

Üstündə gözün olsun.

 

Ürəyimi yeyirdim

Qəm libasın geyirdim

Sənə son baxışımla

Elə bunu deyirdim.

 

Bu ayrılıqdı oy

Yuxudu, xəyaldı oy

Qız nəvəmiz olarsa

Adını Züleyxa qoy.

 





02.02.2015    çap et  çap et