525.Az

Permyakovun məhkəməsi Ermənistanda keçiriləcək


 

Permyakovun məhkəməsi Ermənistanda keçiriləcək<b style="color:red"></b>

Ermənistanda Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakovun məhkəməsi xidmət etdiyi hərbi hissədə keçiriləcək.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, müvafiq qərar Rusiyanın Ermənistandakı hərbi bazasının statusuna dair ikitərəfli saziş əsasında qəbul olunub.
 
Proses Rusiyanın Gümrüdəki hərbi bazasının ərazisində hərbi qarnizon məhkəməsində keçiriləcək.
 
Həmçinin tərəflərin Rusiya qanunvericiliyinə əsasən birgə ittiham aktı layihəsini razılaşdırdıqları bildirilir.

 





03.02.2015    çap et  çap et