525.Az

Mirzə Fətəli Axundzadə- 200


 

Mirzə Fətəli Axundzadə- <b style="color:red">200</b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli maarifçi və ictimai xadim, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. 

525.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ədibin M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının fondlarında saxlanılan əsərlərindən, onun haqqında yazılmış elmi-publisistik ədəbiyyatdan, həmçinin dramaturqun yaradıcılığı əsasında hazırlanmış tamaşalardan səhnələrin əks olunduğu kitab, rəsm və fotoşəkillərdən ibarət sərgini seyr e
diblər. 

Dramaturqun kitab sərgisində nümayiş etdirilən komediyalarının 1853-cü ildə Tiflisdə rus dilində nəşr olunmuş nüsxəsi və digər kitablar böyük maraqla qarşılan
ıb.. 

Dövlət və hökumət rəsmilərinin, tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev M.F.Axundzadənin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış e
dərək bildirib ki, M.F.Axundzadə Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni mərhələ yaradıb. Onun yaradıcılığı nəinki Azərbaycan, bütövlükdə Şərq ədəbiyyatının inkişafına böyük təsir göstərib. Görkəmli mütəfəkkirin yaratdığı mənəvi sərvət Azərbaycan xalqının bədii, estetik, ictimai, fəlsəfi keçmişi ilə gələcəyi arasında bir körpü rolunu oynayıb. 

Baş nazirin müavini ədibin öz qəhrəmanlarını bilavasitə həyatdan götürdüyünü, onun novator yaradıcılığının dövrünün real bədii salnaməsinə çevrildiyini diqqətə çatdır
ıb. Vurğulayıb ki, görkəmli yazıçının fəlsəfi təxəyyülü dünyanı, cəmiyyət hadisələrini, estetikanı dərindən dərk edərək və yozaraq Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində M.F.Axundzadə məktəbini yaradıb. Azərbaycan ədəbi tənqidi fikrinin inkişafı bu böyük mütəfəkkirin adı ilə bağlıdır. 

E.Əfəndiyev 2012-ci ilin TÜRKSOY tərəfindən “Mirzə Fətəli Axundzadə ili” elan olunduğunu, bütün türk dünyasında onun xatirəsinin ehtiramla yad edildiyini, müxtəlif ölkələrin teatrlarında əsərlərinin oynanıldığını tədbir iştirakçılarının diqqətinə çatdır
ıb. Həmçinin qeyd edib ki, bu il Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycan milli dramaturgiyasının banisi M.F.Axundzadənin abidəsi ucaldılıb. 
Baş nazirin müavini dahi dramaturqa olan ümumxalq sevgisinin həmişə yaşayacağını bildir
ib. 
Tədbirin bədii hissəsində M.F.Axundzadənin qəhrəmanlarının və dramaturqun özünün obrazının əks olunduğu ədəbi kompozisiya təqdim edildi. Böyük dramaturqun obrazını Xalq Artisti Nurəddin Mehdixanlı canlandır
ıb.

 

GÜNEL

 





28.11.2012    çap et  çap et