525.Az

Siyəzəndə 10 yaşlı məktəblini maşın vurub


 

Siyəzəndə 10 yaşlı məktəblini maşın vurub<b style="color:red"></b>

Bu gün Siyəzən şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Yolu keçmək istəyən Siyəzən rayon sakini 10 yaşlı Gültac Balacayevanı “VAZ 21 07” markalı maşın vurub. Sürücü qəzadan sonra xəsarət alan piyadanı Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

 





28.11.2012    çap et  çap et