525.Az

Ön və arxa cəbhənin sınanmış əsgəri


 

Ön və arxa cəbhənin sınanmış əsgəri<b style="color:red"></b>

Ölkəmizin müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən mübarizələr dövrü Azərbaycan xalqının azadlıqsevər, vətənpərvər, qorxmaz övladlarını bir araya gətirib ayağa qaldırıb. Vətənin, xalqın səsinə səs verən belə cəsur, fədakar insanlardan biri Cavid Rüstəm oğlu Rüstəmovdur. Cavid Rüstəmov 1959-cu ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olub. O, lap kiçik yaşlarından Hindarxda babasının nənəsinin yanında yaşayıb. 1975-ci ildə adıçəkilən kənd orta məktəbini əla qiymətlərlə bitirərək Şuşa kənd təsərrüfatı texnikumuna daxil olub. Qaynar Şuşa mühiti gənc Cavidin həyatına ciddi təsir göstərib. 1977-ci ildə əsgəri xidmətə çağrılan C.Rüstəmov Sverdlorsk vilayətində sovet ordusu sıralarında qulluq edib, kiçik komandirlər məktəbini bitirib. O, 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Şuşada təhsilini davam etdirib, baytarlıq feldşeri ixtisasına yiyələnib. 1980- ildə doğma Ağcabədiyə dönən gənc mütəxəssis rayon meşə-meliorativ stansiyasında əmək fəaliyyətinə başlayıb. Sonralar bir müddət baytarlıq stansiyasında sahə həkimi vəzifəsində işləyib. Rayon aqrokimya birliyində çalışdığı illərdə Cavid özünü bacarıqlı təşkilatçı kadr kimi göstərib. Tezliklə ona birlik həmkarlar təşkilatının sədri postu həvalə olunub.

Fəhlələrin hüquqlarını daim cəsarətlə müdafiə edən Cavid Rüstəmov səmərəli fəaliyyətinə görə rayon həmkarlar komitəsi plenimunun rəyasət heyətinin üzvü seçilib. 1989-cu ildə kolxozların ayrılması ilə əlaqədar bacarıqlı gənc Ə.Bünyadov adına kolxoz partiya komitəsinin katibi, daha sonra isə sədr müavini vəzifələrinə irəli çəkilib. Dağlıq Qarabağ hadisələri başlayanda bir çox Vətən oğulları kimi Cavid Rüstəmov da erməni faşistlərinin hücumlarının qarşısını alınması uğrunda mübarizə meydanına atılıb. O, 1988-ci il noyabr ayının 5- HindarxdaQarabağ bizimdirşüarı altında keçirilən nümayişə rəhbərlik edib. Bir vaxtlar Hindarx kəndində dərzi işləyən Bahar nənəsinin tikib hazırladığı üçrəngli milli bayrağımız onun təşəbbüsü ilə keçirilən nümayiş mitinqlərdə müntəzəm dalğalandırılıb. C.Rüstəmovun təşkilatçılığı ilə 1989-cu ildə yaradılmış 9 nəfərdən ibarət könüllü dəstə vertjlyotla Ağdamdan Şuşaya gəlib. Cavidin ciddi təkidi ilə o vaxtlar Şuşa rayon partiya komitəsinin birinci katibi işləyən Vaqif Cəfərovun göstərişinə əsasən sözügedən dəstə gizli yollarla Kərkicahana göndərilib. Dəstə üzvləri yerli sakinlərin bilavasitə köməkliyi sayəsində Xankəndinə gedən su kəmərini 5 dəfə partlatmağa müvəffəq olub. Bu haqda həmin dövrdəVremyainformasiya proqramında məlumat verilib. Vaqif Cəfərov tərəfindən Cavidgilin göstərdikləri bu igidliklərlə əlaqədar Ağcabədi rayon partiya komitəsinə ünvanlanan minnətdarlıq məktubu izdiham qarşısında səsləndirilib geniş rezonans doğurub. Bunlarla yanaşı, C.Rüstəmov Bərdə, Tərtər, Ağcabədi Ağdam özünümüdafiə batalyonlarının tərkibində döyüşlərdə iştirak edib, hərbi hissələrə yardımlar göstərib.

Özünün dediyinə görə, 1989-cu ilin sonunda 1990- ilin əvvəlində Cavid Hüsülü kənd ağsaqqallarına məktub göndərərək onlardan Kərgicahan əhalisinə yardım göstərilməsini xahiş edib. Onun müraciətinə cavab olaraq Hüsülü camaatı tərəfindən xeyli miqdarda ət digər ərzaq məhsulları tədarük olunaraq Kərkicahana göndərilib. Lakin yardım aparanlar Qala dərəsi adlanan yerdə rus-erməni postlarında saxlanılıb, Xankəndi komendaturasına aparılmasına cəhd göstərilib. SSRİ Ali Sovetinin deputatı Vaqif Cəfərovun səyi ilə dəstə azad edilib yardım ünvanına çatdırılıb. Qeyd olunan dövrdə çətinliklərə baxmayaraq, Cavidin təşkilatçılığı ilə cəbhə bölgəsindəki döyüşçülərə silah-sursat yardımları da göndərilib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı zamanıBelarusiyanı partizanlar xilas etdiçağırışından ruhlanan Cavid Rüstəmov Ağcabədi rayon hərbi komissarlığının dəstəyi ilə özünümüdafiə batalyonu yaradıb. Sözügedən batalyon müxtəlif müdafiə tədbirlərində yaxından iştirak edib. Cavid 1994- ilin oktyabr hadisələri zamanı ümumilli lider Heydər Əliyevin çağırışı ilə Bakı şəhərində təşkil olunmuş ümümxalq müşavirəsində iştirak etmək üçün rayondan yola düşən heyətin tərkibinə qatılıb. Ona çıxış etmək imkanı yaradılıb. Lakin prezidentin gəlişi ilə əlaqədar bu çıxış baş tutmayıb. Həmin tədbirdə çəkilmiş sənədli xronikadaHeydər-xalq, xalq-Heydərşüarının sağ tərəfindəhörmətli prezidentimiz ağcabədililər sizinlədirşüarı da öz əksini tapıb. Ölkəmizdə atəşkəs elan olunduqdan sonra dinc quruculuq işləri geniş vüsət alıb. C.Rüstəmov da həmin tədbirlərə fəal surətdə qoşulub.

O, 1994- 1995-ci illərdə Təzəkənd, Hüsülü Rəncbərlər kəndlərini əhatə edən Hüsülü ərazi icra nümayəndəsi vəzifəsində çalışıb. Sonrakı dövrdə isə kənd sovetinin deputatı, bələdiyyə üzvü kimi Hüsülü Hindarx kəndlərində, eləcə rayonda həyata keçirilən abadlıq quruculuq tədbirlərində fəallıq göstərib.

Cavid Rüstəmov bu gün keçdiyi mənalı həyat yolundan qürur duyur. Ona görə ki, bu yorulmaz, cəsarətli insan harda işləməsindən, hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq həmişə tapşırılan işin öhdəsindən layiqincə gəlib, çalışdığı kollektivin, döyüş yoldaşlarının nüfuz hörmətini qazanıb, rayon əhalisi arasında sayılıb-seçilib. Təsadüfi deyildir ki, onun xidmətləri sakinlər tərəfindən yüksək qiymətləndirilib. Qəni Cəfərov, Zakir Mirzəyev, Əcdər Mustafayev, Yavər İsmayılov, Yusif İbrahimov sair kimi rayon ağsaqqalları onun ünvanına həmişə xoş sözlər söyləyir, razılıqlarını bildirirlər. Qarabağ savaşlarının qəhrəmanlarından biri, keçmiş hərbi polis rəisi Tofiq Cəfərovun dediyi kimi, həm arxa cəbhənin, həm ön cəbhənin sınanmış əsgəri olan Cavid Rüstəmov hər cür hörmətə layiqdir. O, Azərbaycan Xalq Cümhuriyyətinin fədaisi, “Defaitəşkilatı ilə sıx əlaqəsi olan ulu babası Rüstəm kişinin vəsiyyətlərini, arzularını əməlləri ilə doğruldub onun yolunu uğurla davam etdirib. Dörd övlad atası, Qarabağ veteranı, Yeni Azərbaycan Partiyasının üzvü, nüfuzlu ziyalı Cavid Rüstəmov ömrünün müdriklik dövrünü yaşayır. O, ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən nəhəng abadlıq, quruculuq tədbirlərini ürəkdən bəyənir, dəstəkləyir alqışlayır.

C.Rüstəmov möhkəm əmindir ki, Prezidentim İlham Əliyevin siyasəti sayəsində torpaqlarımız düşmən tapdağından tezliklə xilas olunacaq, Dağlıq Qarabağda digər işğal olunmuş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanacaq. Odur ki, keçmiş döyüşçü Ali Baş Komandanın hər an əmrini gözləyir.

 Yəhya Paşazadə

 





28.11.2012    çap et  çap et