525.Az

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində xəttə buraxılan ilk qatarının sınağı uğurlu keçib


 

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində xəttə buraxılan ilk qatarının sınağı uğurlu keçib<b style="color:red"></b>

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşa olunmuş Axalkalaki–Kartsaxi-Türkiyə sərhədi sahəsində Kartsaxi stansiyasından sınaq qatarı xəttə buraxılıb.

"Azəryolservis" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, mərasim Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, "Azəryolservis" ASC-in sədri Cavid Qurbanov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov və Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin iştirakı ilə keçirilib.
 
Z. Məmmədov Türkiyə ilə sərhəddə qatarın sınağını həyata keçirdiklərindən məmnun olduğunu bildirib.
 
O deyib ki, artıq bu sahədə yol istismara hazır vəziyyətdədir.
 
Layihənin 2015-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.

 





04.02.2015    çap et  çap et