525.Az

Hadi Rəcəbli : “Yol qəzaları nəticəsində hər il 900-1000 nəfər dünyasını dəyişir"


 

Hadi Rəcəbli : “Yol qəzaları nəticəsində hər il 900-1000 nəfər dünyasını dəyişir"<b style="color:red"></b>

Milli Məclisin Sosial siyasət komitəsində “Test və Təlim” beynəlxalq təşkilatının ekspertlərilə görüş keçirilib

 Milli Məclisin Sosial siyasət komitəsində “Test və Təlim” beynəlxalq təşkilatının (Test&Training international) ekspertləri Frans Vurs, Norbert Filippits və Svetlana Pasçinina ilə görüş keçirilib. Görüşdə Nəqliyyat Nazirliyinin nümayəndələri də iştirak ediblər. “525” xəbər verir ki,  komitə sədri Hadi Rəcəbli deyib ki, müasir dövrdə yol hərəkəti təhlükəsizliyi dünya ölkələri, o cümlədən, Azərbaycan üçün ən aktual problemlərdən biridir. Onun sözlərinə görə, bu gün respublikamızda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yol nəqliyyat hadisələrinin qarşısının alınması və bu hadisələrin fəsadlarının aradan qaldırılması istiqamətində bir sıra tədbirlər görülməkdədir:

“Bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri təhlükəsiz sürücülükdür ki, bu məsələyə həsr olunmuş maarifləndirmə kampaniyalarının və peşəkarlığın artırılması işlərinin həcmi hələ də aşağı səviyyədədir. Məhz, bu səbəbdən həmin sahədə dünya təcrübəsinin öyrənilməsi və bu məqsədlə beynəlxalq ekspertlərin imkanları ilə tanış olmaq göstərilən sektorda boşluğun aradan qaldırılmasına xidmət edən amillərdən biridir”.  H.Rəcəblinin sözlərinə görə, ölkəmizdə yol qəzaları nəticəsində hər il təxminən 900-1000 nəfər dünyasını dəyişir, 3000 nəfərdən çox insan isə əlil olur.  Komitə sədri deyib ki, bu kimi hallar yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsini daha da zəruri edir. H.Rəcəbli qeyd edib  ki, bir sira ölkələrdə insanlar sürücülük vəsiqəsi alsa da, müəyyən müddətdən bir təlimlərdə istirak etməlidir. Amma ölkəmizin qanunverciliyində sürücülər üçün belə bir tələb yoxdur.  Komitə sədrinin fikrincə, bu beynəlxalq təşkilatla bu sahədə əməkdaşlıq yaxşı nəticələr verə bilər. Bunun uçun isə ölkəmizdə avtodromlar yaradılmalıdır.

 “Test və Təlim” beynəlxalq təşkilatının baş meneceri Frans Vurs qurumun Avstriyanın Vyana şəhərində yerləşdiyini deyib.  Həyata keçirdikləri layihələr haqda məlumat verən ekspertin sözlərinə görə, onların məqsədi sürücülərə təlimlər keçməklə yol hərəkəti təhlükəsizliyini gücləndirməkdir. Bu isə bilavasitə yollarda insanların  həyatlarını qorumağa xidmət edir.

 O, müxtəlif ölkələrdə belə treninqlərin keçirildiyini və əhəmiyyətli nəticələr əldə olunduğunu bildirib: “Təşkilatin təlimləri üçün xüsusi avtodromlar yaradılmalıdır. Bu avtodromlar ölkələrin müvafiq qurumları tərəfindən yaradılır və  Test&Traning international-ın ekspertləri tərəfindən sürücülərə təlimlər keçirilir. Məsələn, təşkilat bir neçə il öncə Misirdə turistlərə xidmət göstərən avtobus sürücüləri üçün, Lüksemburqda polislərə, Avstriyada məkəblidən başlamış sürücülük vəsiqələri alanlara qədər insanlara yol hərəkəti təhlükəsizliyi  təlimləri keçir”.

F. Vurs Azərbaycanla Avstriyanın ərazi və əhali baxımından oxşar olduğunu bildirib.

 O bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə və sürücülər üçün təlim layihələri təşkil etməyə hazır olduqlarını deyib.

Görüsdə iştirak edən Nəqliyyat Nazirliyinin sektor müdiri Eldar Əlizadə  bu movzunun çox aktual olduğunu qeyd edib.O, Nəqliyyat Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması və bu sahədə sürücülərlə aparılan tədbirlər haqqında ətraflı məlumat verib.

 Nazirliyin nəzdində “Avtomoto Klub”un fəaliyyət göstərdiyini deyən E.Əlızadə qeyd edib ki, məqsəd onlarin sürücülərinin peşəkarlığının artırılmasıdır. Burada yol hərəkəti təhlükəsizliyi məsələsinə xüsusi fikir verilir.

 “Bu təşkilatın isə təşəbbüsləri, avtodromun yaradılması təklifi çox maraqlıdır. Biz bu haqda nazirliyin rəhbərliyinə məlumat vercəyik. Hesab edirəm ki, təşkilatla yaxşı əməkdaşlıq əlaqələri qurulacaq”- deyə, o vurğulayıb.

Qeyd edək ki,Test və Təlim beynəlxalq təşkilatının nümayəndələri Dövlət Yol Polisində də görüş keçirəcəklər.

Kamil Həmzəoğlu

 





28.11.2012    çap et  çap et